Tarix dərsliyimiz “Böyük Ermənistan”ı təbliğ edir FAKT
Sosial şəbəkələrdə yayılan məlumatlarda bildirilir ki, 10-cu siniflər üçün tarix dərsliyində Azərbaycan və Türkiyə torpaqlarının yerində dənizdən-dənizə “Böyük Ermənistan” dövlətinin xəritəsi verilib.
Rakus.az xəbər verir ki, Təhsil Nazirliyi belə bir ciddi olayı “texniki səhv” adlandırıb. Nazirlik bununla da özünü sığortalamağa çalışıb.
Xatırladaq ki, bu Azərbaycan orta məktəbləri üçün hazırlanan tarix dərsliyində üçüncü belə bıabırçı faktdır. Bundan əvvəl aşağı sinif tarix kitabının üz vərəqində Ermənistan xəritəsi əks olunmuş, başqa bir kitabda isə bu xəritə yazının içərisinə salınmışdı. Bu baxımdan, sosial şəbəkələrdə tarix dərsliyində baş verən bu biabırçılığın təxribat olduğu istisna olunmur.
Mütəxəssislər isə bunu təxribat adlandırır.