Sosial 05.06.2019 12:24

Qorxmaz Hüseynov: “Su təchizatı yaxşılaşdırılır” - FOTO

Su və kanalizasiya layihələrinin icrasına başlanılan 50 şəhər və rayon mərkəzinin 38-də su şəbəkələrinin tikintisi yekunlaşıb.

Rakus.az xəbər verir ki, bunu 5 iyun – “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı günü münasibətilə “Azərsu” ASC-də keçirilən tədbirdə Cəmiyyətin sədri Qorxmaz Hüseynov deyib.

Q.Hüseynov əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına hesablanmış su təchizatı layihələrinin icrasında su təsərrüfatı işçilərinin böyük xidmətlərinin olduğunu qeyd edib. Su təsərrüfatı və meliorasiya sahəsi işçilərinin əməyini yüksək qiymətləndirən Prezident İlham Əliyevin 14 may 2014-cü il tarixdə imzaladığı sərəncamla iyun ayının 5-i “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı təsis edilib.

Q.Hüseynov su təsərrüfatı sektorunun böyük və şərəfli tarixi olduğunu diqqətə çatdırıb. Bildirib ki, ölkəmizdə su təchizatı və kanalizasiya layihələrinin böyük bir hissəsi Azərbaycan xalqının böyük oğlu, görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin rəhbərliyi ilə ötən əsrin 70-80-ci illərində və müstəqilliyin ilk illərində yeni su mənbələri yaradılıb, sugötürücü və sutəmizləyici qurğular, su anbarları, nasos stansiyaları, magistral kəmərlər və paylayıcı şəbəkələr tikilib. Bu sahədə başlanılan işləri uğurla davam etdirən Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq istehlakçıların içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədi ilə ölkə miqyasında genişmiqyaslı işlər görülüb, mühüm layihələr həyata keçirilib.

Ulu öndər Heydər Əliyevin təşəbbüskarı olduğu və Prezident İlham Əliyevin iştirakı ilə istismara verilən Oğuz-Qəbələ-Bakı su kəməri Azərbaycanın müstəqillik illərinin ən böyük infrastruktur layihəsi kimi tarixə düşüb. Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin, Küllülü su mənbəyinin, Şirvan-Muğan, Sabirabad-Saatlı qrup su kəmərlərinin, həmçinin Xanbulançay, Mingəçevir, Şəmkirçay və Quba sutəmizləyici qurğuları, ümumilikdə 39 yeni su mənbəyinin istismara verilməsi regionlarda əhalinin keyfiyyətli içməli su ilə təminatına mühüm töhfələr verib. Su və kanalizasiya layihələrinin icrasına başlanılan 50 şəhər və rayon mərkəzinin 38-də su şəbəkələrinin tikintisi yekunlaşıb. Şəhər və rayon mərkəzləri ilə yanaşı, əhalisinin sayı 1 milyon 400 min nəfər olan 1050 kənddə içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı işlər görülüb.

Ötən müddətdə “Azərsu” ASC-də institusional islahatlar aparılıb, müştəri xidmətləri, kadr hazırlığı, informasiya-kommunikasiya texnologiyalarından istifadə, suyun keyfiyyətinin yüksəldilməsi və əməyin təhlükəsizliyi sahəsində nailiyyətlər əldə olunub. Yeni regional idarələrin yaradılması, regional laboratoriyaların fəaliyyətə başlaması əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə xidmət edib.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS