“Bakı mənim sevdiyim şəhərlərdəndir” – Zaxarova
Rusiya Xarici İşlәr Nazirliyinin sözçüsü Mariya Zaxarova mayın 29-da Bakıda keçirilmiş Avropa Liqasının final oyununa münasibәt bildirib.
Rakus.az xəbər verir ki, o, Bakını tәhlükәsiz şәhәr adlandıraraq, futbol matçının siyasilәşdirilmәsinin әleyhinә olduğunu bildirib: “İdman yarışlarının siyasilәşdirilmәsi әsas qәrarlara, o cümlәdәn Birlәşmiş Millәtlәr Tәşkilatı tәrəfindәn qәbul olunmuş vә ölkәlәrin arasında imzalanmış çoxsaylı sazişlәrә ziddir. Biz idmanın siyasilәşdirmәsi ilә razılaşmamalıyıq”.
XİN-in sözçüsü idman tәdbirlәrinin böyük münaqişələrin hәllində vacibliyini də vurğulayıb.
Mariya Zaxarova hәmçinin qeyd edib ki, Bakı onun sevdiyi şәhәrlәrdәndir vә o, on il әrzindә çox dәyişmiş Azәrbaycan paytaxtına mәmnuniyyәtlә gәlir: “Bura hәm XİN nümayәndәsi kimi, hәm dә qeyri-formal tәdbirlәrin iştirakçısı kimi gәlmişәm vә Bakının dәyişmәsinә çox tәәccüblәndim”.
Xatırlatma
Mayın 29-da Bakıda UEFA-nın Avropa Liqasının final oyunu keçirilib. “Chelsea” vә “Arsenal” futbol klublarının qarşılaşmasında “Arsenal”ın oyunçusu Henrik Mkhitarian şәxsi tәhlükәsizliyini sәbәb gәtirәrәk, oyuna qatılmaqdan imtina edib.
Rәsmi Bakı isә Mxitaryanın tәhlükәsizliyinә zәmanәt verdiyini bəyan edib.