İqtisadi 08.06.2019 03:34

Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu davam edir

İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilən 23-cü Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak edir.

Rakus.az xəbər verir ki, 1997-ci ildən etibarən keçirilən, qabaqcıl platformaya çevrilmiş Forum dünyanın əhəmiyyətli iqtisadi tədbirlərindəndir və 2006-cı ildən Rusiya Federasiyasının Prezidentinin himayəsi və iştirakı ilə təşkil edilir. Forumun keçirilməsində məqsəd rəsmilərin, biznes və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə iqtisadi problemlərin həlli istiqamətində müzakirələrin aparılmasıdır. Forumda tədbirlər ənənəvi olaraq panel sessiyalar, dəyirmi masalar, televiziya verilişləri və Rusiyanın müxtəlif ölkələrlə əlaqələrinə həsr olunmuş biznes dialoqları şəklində keçirilir. Builki Forum çərçivəsində “Tarazlıq axtarışında qlobal iqtisadiyyat”, “Rusiya İqtisadiyyatı: Milli İnkişaf Məqsədlərinə nail olunması”, “İlk növbədə insanlar”, “Gələcəyi formalaşdıran texnologiyalar” kimi 4 əsas tematik istiqamətdə işgüzar müzakirələr, ikitərəfli biznes dialoqlar, B20 Regional Məsləhətləşmələr Forumu və başqa tədbirlər təşkil edilib.

İyunun 7-də Azərbaycan nümayəndə heyətinin rəhbəri, iqtisadiyyat naziri Şahin Mustafayev 23-cü Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko ilə görüşüb.

Görüşdə İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan və Rusiya dövlət başçılarının birgə səyləri, siyasi iradələri və qarşılıqlı səfərləri sayəsində ikitərəfli əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini və əlaqələrin bütün istiqamətlərdə inkişaf etdiyini vurğulayıb. Bildirilib ki, bu baxımdan ötən ilin sentyabrında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiyaya rəsmi səfəri, aparılmış danışıqlar, səfər zamanı imzalanmış sənədlər mühüm əhəmiyyət kəsb edir. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Ötən il Rusiya ilə ticarət dövriyyəsi 19 faiz artaraq 2,5 milyard dollara çatıb. Artım meyili 2019-cu ildə də davam edir. Belə ki, bu ilin 1-ci rübündə ticarət dövriyyəsi 23 faiz artıb.

Şahin Mustafayev qeyd edib ki, investisiya sahəsində qarşılıqlı əməkdaşlıq həyata keçirilir, birgə layihələr icra olunur. Bu ilin əvvəlində Hacıqabul Sənaye Məhəlləsində “QAZ Qrup” şirkəti ilə əməkdaşlıq haqqında saziş imzalanıb və “QAZ” markalı avtomobillərin istehsalı zavodunun təməli qoyulub. Bu yaxınlarda Pirallahı Sənaye Parkında dərman istehsalı zavodunun tikintisinin ilk mərhələsi başa çatdırılıb. Bununla yanaşı, “SOCAR Polimer” zavodunun tikintisinin birgə maliyyələşdirilməsi də uğurlu əməkdaşlığın nümunəsidir. “Qazprombank”, həmçinin “Azərkimya” İstehsalat Birliyinin yenidən qurulması və digər layihələri maliyyələşdirir.

Nazir vurğulayıb ki, Azərbaycanla Rusiya Federasiyasının federal subyektləri, o cümlədən Sankt-Peterburq vilayəti arasında iqtisadi əməkdaşlıq inkişaf edir, iqtisadi-ticarət əlaqələri genişlənir. 2018-ci ildə Sankt-Peterburq vilayəti ilə ticarət dövriyyəsi 7,3 faiz artıb. Bununla belə, iqtisadi əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdirilməsi üçün potensial böyükdür.

Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko Azərbaycanla Rusiyanın Leninqrad vilayəti arasında əlaqələrin inkişaf istiqamətləri barədə fikirlərini bölüşüb, imzalanan sazişin həm Azərbaycan, həm də Leninqrad vilayəti üçün uğurlu olacağını, əməkdaşlığın genişləndirilməsində əhəmiyyətini vurğulayıb.

Görüşdə Azərbaycan və Rusiya Federasiyası Leninqrad vilayəti arasında əlaqələrin inkişafı barədə müzakirələr aparılıb.

Sonra Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyasının Leninqrad vilayəti Hökuməti arasında ticarət-iqtisadi, elmi-texniki və mədəniyyət sahələrində əməkdaşlıq haqqında Saziş imzalanıb. Sazişdə təsərrüfat subyektləri arasında birbaşa əlaqələrin, qarşılıqlı ərzaq məhsulları sərgilərinin, birgə yarmarkaların təşkili, texnika və elm sahəsində əlaqələrin gücləndirilməsi, təhsil, elm, səhiyyə və mədəniyyət, turizm, idman, gənclər sahələrində fəaliyyət göstərən təşkilatlar arasında əlaqələrin qurulması və s. məsələlər nəzərdə tutulur.

Qeyd edək ki, 23-cü Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Rusiyanın “Roskonqres” Fondu arasında əməkdaşlıq haqqında saziş də imzalanıb.

İyunun 8-də başa çatacaq Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda Azərbaycan və Rusiya iş adamlarının görüşünün təşkili də nəzərdə tutulur.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO