İdman 09.06.2019 09:20

Bakı “AVRO-2020″ni qəbul etməyə hazırdır

Bakı tez bir zamanda özünü populyar qəbul edən şəhər kimi təqdim etməyi bacardı. Azərbaycan paytaxtı beynəlxalq idman tədbirlərinin keçirilməsi üçün çox şeylər təklif edə bilər. Bakı “AVRO-202″nin 12 qəbul edən şəhəri olmağa hazırdır.

Rakus.az xəbər verir ki, bu barədə UEFA-nın saytında yerləşdirilən xəbərdə bildirilir. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Elxan Məmmədov paytaxtın “AVRO-2020″nin dörd final oyunlarının keçirilməsi üçün hazırlandığı, eləcə də, azarkeşləri Bakıda nələrin gözlədiyinindən danışıb.

“Biz gələcəkdə Bakının idman mərkəzinə çevrilməsi üçün strategiya hazırlamışıq və tədricən də bu məqsədə çatırıq. Bakı idman mərkəzinə çevriləcək. AVRO oyunlarının keçirilməsi futbolun inkişaf etdirilməsi, daha çox insanın futbola cəlb edilməsinə gətirib çıxaracaq. Futbol heç vaxt inkişafdan qalmayacaq bir idman növüdür. Bundan əlavə, son bir neçə ildə onun populyarlığı nəzərəçarpacaq dərəcədə yüksəlib. Düzdür, digər idman növləri də var ki, onlara da maraq artır. Buna baxmayaraq futbol idman növləri içərisində ən populyarıdır. Bizim üçün futbola ölkədə və bütövlükdə regionlarda marağın səviyyəsini qoruyub saxlamaq vacibdir. Bizim qazancımız o olacaq ki, daha çox uşaq öz kompyuterlərini bir kənara qoyub futbol oynamaq üçün küçəyə çıxacaqlar. Bu da sağlam həyat tərzinin inkişafına və daha sağlam millətin böyüməsinə səbəb olacaq”- deyə E.Məmmədov bildirib.

AFFA-nın baş katibi bildirib ki, Bakı harmoniya şəhəridir. Belə ki, burada tarixi hissə də mövcuddur. Şəhər çox maraqlı və cəlbedicidir. Gözəl yerləri ilə göz oxşayır. Tarixi hissəsi ilə yanaşı, şəhərin müasir hissəsi də bura gələn insanların diqqətini özünə cəlb edir. Müxtəlif bədii sərgilər, müasir görməli yerlər mövcuddur.

“Bundan əlavə Bakı müxtəlif idman tədbirlərinin keçirildiyi idman mərkəzidir. Beləliklə də, turistlər Bakıda olduqları müddətdə şəhəri üç əsas tərəfindən görüb həzz ala biləcəklər. Bütün bu obyektlər bir-birinə çox yaxındır, hətta bir çoxuna bir neçə dəqiqəyə piyada çatmaq da mümkündür. 2020-ci ildə biz bütövlükdə AVRO-nun Bakıda və qonşu ölkələrdə bütöv tarixini yazacağıq. Çünki, biz istəyirik ki, bizim bütün region AVRO-2020-dən xüsusi emosiya hiss etsin. Şəhərdə müxtəlif rəngarəng diqqət çəkən tədbirlər keçiriləcək və biz fan-zonaların iş müddətinin uzadılmasına hazırlaşırıq. Bununla da insanların ora gəlib həzz almalarına, sonra isə gedib öz komandalarına azarkeşlik etmələrinə şərait yaratmağa çalışırıq”.

XƏBƏR LENTİ
Elm və təhsil, Maraqlı / 25.06.2024 22:15
“Qafqaz anlayışı 19-cu əsr anlayışıdır, bu ərazi İçoğuz adlanıb” - FOTO - VİDEO
Siyasi, Təhlil / 25.06.2024 18:38
“İrəvan üçün ən vacib addım seçimini Bakı və Ankaradan yana etməkdir” - FOTO - VİDEO
Elm və təhsil, Maraqlı / 25.06.2024 14:00
Türklərin at üstündə oxla döyüşməsinin sirri – ANONS - VİDEO
Siyasi, Video müsahibə / 25.06.2024 13:27
İrəvan üçün ən vacib addım – ANONS - VİDEO
Elm və təhsil, Video müsahibə / 24.06.2024 22:06
“Xanlıqlar arasında birlik olsaydı, onların heç biri məğlubiyyətlə üzləşməzdi” - FOTO - VİDEO
Təhlil / 24.06.2024 17:13
Ermənistanın qurtuluşunun real yolları – TƏHLİL
Elm və təhsil, Sosial / 22.06.2024 22:54
Səlcuqların Kanlı qolunun məskunlaşdığı ərazi - FOTO - VİDEO
Siyasi, Sosial / 21.06.2024 21:36
“Deyirdilər ki, Göyçə gölü tərəfdən ermənilər gəlib sizi qıracaq” - FOTO - VİDEO
Siyasi / 21.06.2024 16:28
Dəyişməyən mövqelər – Prezidentlə dövlət katibinin telefon danışığı – TƏHLİL
Maraqlı, Sosial / 21.06.2024 14:09
“Atam Vətən həsrətinə dözə bilmədi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 20.06.2024 22:44
“Bakı və Ankara Qərbi Azərbaycana qüvvələr göndərə bilər” - FOTO - VİDEO
Təhlil / 20.06.2024 15:39
Uğur əldə edə bilməyəan hərəkat – Baqratdan qopmalar – TƏHLİL
Təhlil / 20.06.2024 13:47
Qərbi Azərbaycan: Kipr modeli – ANONS
Siyasi, Sosial / 19.06.2024 22:44
Andranikin vəhşiliklər törətdiyi oğuz yurdu - FOTO - VİDEO
Siyasi / 19.06.2024 13:50
Ərazisi 5 dəfə bölünən rayon – ANONS - VİDEO
Gündəm / 18.06.2024 22:48
“İrəvan Respublika Meydanının kabusu-gizlədilmiş həqiqətlər” - FOTO - VİDEO
Gündəm / 18.06.2024 18:30
“Adəm də, Makedoniyalı İsgəndər də, Napoleon da ermənidir?!” - VİDEO
Siyasi, Sosial / 18.06.2024 12:49
“İrəvanda Respublika Meydanının kabusu – ANONS
Siyasi / 18.06.2024 12:27
“Nə üçün Puşkin “sən qorxaqsan, sən qulsan, sən ermənisən” deyib?” – ANONS
Elm və təhsil / 17.06.2024 18:51
Sona Abbasəliqızı Gürcüstan Yazıçılar Birliyinin üzvü seçilib - FOTO
Maraqlı, Sosial / 15.06.2024 22:19
Ağkilsədə ağ daşdan tikələn kilsə üzərində Alban yazısı - FOTO - VİDEO
Sosial / 15.06.2024 14:20
Aşıq Ələsgərin yurdunun tarixi və irsi – ANONS - VİDEO
Maraqlı, Mədəni, Sosial / 14.06.2024 21:41
“Doğma Göyçədə toy edib, qız köçürmək bizə qismət olmadı” - FOTO - VİDEO
Elm və təhsil, Təhlil / 14.06.2024 14:14
“Son zəng”: Azərbaycan adına böyük işlərə çağırış – TƏHLİL
Mədəni / 14.06.2024 13:32
“Bir gün Göyçəyə də gedəcəyik”- İlham Abdullayevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 13.06.2024 22:58
Tibbi ədəbiyyata daxil olan “erməni xəstəliyi”nin əlamətləri - FOTO - VİDEO