İdman 25.03.2019 22:38

“Bir qol olmadı ki, ardı gəlsin” – Yurçeviç

Millimizin baş məşqçisi Nikola Yurçeviç Bakıda Litva ilə yoxlama oyunundan (0:0) sonra mətbuat konfransı keçirib.

Rakus.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirib.

– Maraqlı və gözəl oyun oldu. Hərçənd oyunun gedişi asan deyildi. Qələbə qazanmaq üçün hər şeyi etdik. Qalib gəlmək istəyirdik. İlk hissədə daha çox qol imkanlarımız var idi. Xorvatiya ilə çətin matçdan sonra mümkün olan hər şeyi etdik. İkinci hissədə bir çox dəyişikliklər oldu. Bunun fonunda oyunun ritmi itdi. Ümumi götürdükdə rəqibdən güclü idik. Sadəcə, bir qol olmadı ki, ardı gəlsin. Ümumilikdə komandadan razı qaldım.

– Bu gün sizin üçün nəticə, yoxsa sərgilənən oyun önəmli idi?

– Əvvəlcədən hədəfimiz qələbə idi. Bunun komandanın oyununa inam gətirəcəyini bilirdik. Ancaq bizim üçün təkcə hesab yox, oyunçuları görmək də vacib idi. Bu üzdən də matça 4 fərqli oyunçu ilə başladıq. İkinci hissədə də mümkün qədər çox futbolçunu iş başında görmək istədik. Nəticədən narazı deyiləm. Oyunçuları müxtəlif situasiyalarda görmək istəyirdim. Həm mövqe, həm də düzülüş etibarı ilə asan deyildi. Bir çox şeyi qaçırmamağa çalışdıq. Yekunda alındıra bildiyimiz budur. Buna əlavə misal gətirmək istəyirəm. Rüfət Dadaşovu mərkəzdə oynatmaq istədim. Belədə Ramil Şeydayevin cinahdakı bacarığını görmək, Araz Abdullayevə şans vermək istədim. Ömər Buludova da şans vermək istəyirdim. Təkcə bir şeyə yox, çox nüansa fikir verməli olduq. Bu üzdən məmnun qaldım.

– Vitse-çempiona qol vuran komanda bu gün rəqib qapısına yol tapa bilmədi. Rəqibin baş məşqçisi də sizin kimi deyir ki, birinci hissəni yaxşı keçirdik…

– Bir daha təkrar edirəm ki, ilk hissəni daha yaxşı keçirdiyimizi düşünürəm. Qol imkanlarımız da daha real idi. 100 faizlik şanslarımız oldu. İkinci hissədə oyunçularda yorğunluq başladı, üstəlik, dəyişikliklər oldu. Ümumi gəldiyim qənaət o oldu ki, oyun planında  biz daha güclü idik.

– Pavel Paşayevin çağırılmaması zədəli olması ilə bağlı idi?

– Paşayev zədəlidir. Əslində o, heyətdə yer almalı oyunçudur. Sadəcə, zədəli olduğu üçün çağırılmadı.

– Yoldaşlıq görüşünü nəzərə alsaq, fərqli “11-lik”lə başlaya bilməzdinizmi? Məsələn, Emil Balayev, Ömət Buludov kimi oyunçuları ilk dəqiqələrdən meydana buraxmaq olmazdımı?

– Bir çox şeyi etmək olardı. Sadəcə, Buludova da şans vermək yaxşı olardı. Həmçinin ikinci qapıçıya da. Buna görə təəssüf edirəm. Hamını razı salmaq asan deyil. Həm udmaq, digər tərəfdən hamıya şans vermək istəyirik. Bütün bunları eyni anda etmək asan deyil. 10 gün mənim üçün faydalı oldu. Yeni oyunçular gördük, komanda daxilində yaxşı atmosfer oldu. Bu, mənim üçün çox vacibdir. Gələn oyunlara hazırlıq mənim üçün daha vacibdir.

– Millətlər Liqası səviyyəsində olan bir komanda ilə öz meydanımızda heç-heçə etdik. Rəqiblərin səviyyəsi, hətta baş məşqçinin milliyyəti də dəyişməyib. Qələbə üçün başqa nə etmək lazım idi?

– Çox çətin sualdır. Əgər şanslardan istifadə edə bilirsənsə, qələbə şansın daha çox olur. Biz də bunlardan yararlanmağa çalışacağıq. Oyuna da hücumameyilli başlamışdıq, sonradan da ön xətt oyunçuları meydana buraxdıq. Heyf ki, qol vura bilmədik. (Qol.az)

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO