Dünyanın ən hündür BİNALARI - FOTO
Ən hündür binaların siyahısına hündürlüyü 300 metr və daha artıq olan göydələnlər daxil edilmişdir.
Rakus.az siyahını təqdim edir:
“Bürc Xəlifə” – Dünyanın ən hündür binası sayılan bu tikili Dubayda yerləşir. 2010-cu ildə istifadəyə verilən göydələnin hündürlüyü 828 metrdir. 163 mərtəbədən ibarət olan Bürc Xəlifə həm də dünyanın çoxfunksiyalı binası hesab olunur.
“Əbrəc Əlbeyt” – Siyahımızda ikinci yeri Məkkə şəhərində yerləşən 601 metr hündürlüyü olan bina tutur. 95 mərtəbəli göydələnin tikintisi 2012-ci ildə başa çatmışdır. Dünyanın ən hündür oteli, tikinti həcminə görə ən böyük binası və ən hündür saatı kimi tanınır.
“Taybey 101” – Tayvanın paytaxı Taipeidə tikilən göydələnin hündürlüyü 508 metrdir. 101 mərtəbəlidir və 2004-cü ildən dünyanın ən hündür ofis binası kimi tanınır.
“Şanxay Beynəlxalq Ticarət Mərkəzi” – Çinin Şanxay şəhərində yerləşən alış-veriş mərkəzi nə az, nə çox 492 metr yüksəklikdədir. 2008-ci ildə istifadəyə verilmişdir. 101 mərtəbədən ibarətdir.
“Beynəlxalq Ticarət Mərkəzi” – Beşinci sırada da Çinin Honkonq şəhərində yerləşən bina yer alır. 2010-cu ildə inşaası başa çatan göydələn ticarət mərkəzi kimi istifadə olunur. Beynəlxalq Ticarət Mərkəzinin hündürlüyü Şanxaydakı göydələndən cəmi 8 metr aşağıdır. 484 metr olmasına baxmayaraq mərtəbələrinin sayı 108-dir.