Elm və təhsil 10.06.2019 15:43

Şagirdlərin qiymətində dəyişiklik edildi

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) və ümumi orta təhsil səviyyəsindən kolleclərə qəbul imtahanlarının I mərhələsinin nəticələri ilə bağlı yaradılmış Apelyasiya Komissiyasının məlumatı açıqlanıb.

Rakus.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, 2019-cu il martın 3, 10, 17 və 31-də keçirilmiş imtahanlarda 117 mindən çox şagird (abituriyent) iştirak etmiş və şagirdlərin ümumilikdə 3042000-dən çox tapşırıq üzrə yazı işi olmuşdur. Ümumi yazı işlərinin sayı 3042000 olsa da, hər bir yazı işinin 2 marker tərəfindən qiymətləndirildiyini nəzərə alsaq (markerlərin qiymətləri arasında fərq yarandıqda həmin yazı işi proqram tərəfindən 3-cü markerə göndərilir) ən azı 6084000-dən çox yoxlama işi həyata keçirilmişdir.

İmtahanların nəticələri aprel ayı ərzində elan olunmuş və hər bir iştirakçı Dövlət İmtahan Mərkəzinin saytında imtahan nəticələrinə, cavab vərəqlərinə, qiymətləndirmə meyarlarına (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) baxmaq imkanına malik olmuşdur. Çox təəssüf ki, imtahan nəticələrinin elan olunmasından keçən ay yarım müddət ərzində 3 martda keçirilən imtahanda iştirak etmiş 37341 nəfərdən 16435 nəfər, 10 martda keçirilən imtahanda iştirak etmiş 39533 nəfərdən 7800 nəfər, 17 martda keçirilən imtahanda iştirak etmiş 32948 nəfərdən 6878 nəfər, 31 martda keçirilmiş imtahanda iştirak etmiş 7759 nəfərdən isə cəmi 848 nəfər öz cavab vərəqlərinə (verilən suallara hansı cavabı yazdığına) baxmışdır.

İmtahan nəticələri elan olunduqdan sonra DİM-də Apelyasiya Komissiyası fəaliyyət göstərmiş və müraciətlər araşdırılmışdır. Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) imtahanının və ümumi orta təhsil səviyyəsindən kolleclərə qəbul imtahanının I mərhələsinin nəticələri ilə bağlı yaradılmış Apelyasiya Komissiyasına 341 şagird və ya abituriyent (bütün imtahan verənlərin 0,29%-i) 4000-dən çox tapşırıq (bütün tapşırıqların 0,13%-i) üzrə qiymətlərinin araşdırılması üçün ərizə ilə müraciət etmişdir. Onlardan 170 şagirdin (bütün imtahan verənlərin 0,15%-i,) cəmi 241 tapşırıq (bütün tapşırıqların 0,008%-i) üzrə qiymətində dəyişiklik edilmiş, digər iddialarla bağlı isə şagirdlərə yazı işinin yerinə yetirilməsində yol verdikləri səhvlər izah edilmişdir. 7 şagird bu və ya digər fənn üzrə bütün tapşırıqlardan müraciət etmiş, amma araşdırma zamanı məlum olmuşdur ki, müraciət etdikləri fənn üzrə heç bir yazı işini yerinə yetirməyiblər. 14 şagird ərizə yazmalarına baxmayaraq apelyasiyada iştirakdan imtina etmiş və ya apelyasiyaya gəlməmişdir. Bununla belə, onların da ərizələri araşdırılmış və qiymətləndirmə meyarlarına uyğun müvafiq qərarlar verilmişdir.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO