“Əl-Arabiyya” Azərbaycanla bağlı reportaj yayımladı - FOTO
Ərəb dünyasının məşhur “əl-Arabiyya” televiziya kanalında Azərbaycanla bağlı reportaj yayımlanıb.
Rakus.az xəbər verir ki, reportajda Azərbaycanın tarixi, mədəniyyəti, əlverişli coğrafi mövqeyi, abidələri barədə məlumatlar yer alıb.
Bildirilir ki, Avropa ilə Asiyanın qovuşuğunda, Xəzər dənizi sahilində yerləşən Azərbaycan turistlərin sevdiyi məkanlardan biridir. Dünyanın ən uzun bulvarı Bakı şəhərindədir. Azərbaycan müalicəvi mineral suları ilə də məşhurdur.
Həmçinin reportajda Bakı şəhərindəki qədim məscidlər, tarixi hamamlar, abidələr, eləcə də Şirvanşahlar sarayı, Sıratağlı dini-memarlıq kompleksi, Yanardağ barədə də məlumatlar yer alıb.
Azərbaycanın qədim tarixə və zəngin mədəniyyətə malik olduğu vurğulanır, Qız qalasının tarixindən bəhs olunur.
Reportajda bildirilir ki, əsrlərdir müxtəlif mədəniyyətlərin nümayəndələrinin yaşadıqları Azərbaycan özünəməxsus qədimliyini, nadir mədəniyyətini qoruyub saxlayır.