Təhlil 10.06.2019 23:39

Moldovada siyasi böhran, Moskvanın müdaxiləsi – TƏHLİL

Rusiya bu iki hökumətdən birinin -moskvayönlü Sosialist Partiyasının avropayönlü partiyalardan biri ilə koalsiyasını dəstəklədiyini bildirir.

Rakus.az xəbər verir ki, ölkənin Konstitusiya Məhkəməsi iyunun 9-da sosialistlərin keçmiş başçısı, moskvayönlü İqor Dodonun prezidentliyi ləğv edib.

Baş nazir Pavel Filip keçid prezdenti olub və dərhal da parlamenti buraxaraq sentyabr ayına növbədənkənar parlament seçkisi çağırıb.

Konstitusiya Məhkəməsinin bu barədə qərar çıxarmasına sosialistlərin və avropayönlü ACUM blokunun gözlənilmədən müttəfiqlik elan etməsi və Filipin hakim Demokratik Partiyasının hökumətinə son qoymaq niyyətini elan etməsi olub.Demokratik Partiyaya ziddiyyətli maqnat Vladimir Plahotniuc rəhbərlik edir.

Konstitusiya Məhkəməsi fevral ayında keçirilmiş parlament seçkisi aydın nəticə verməyəndə və qərarsız bir parlament yaranandıqdan sonra iyunun 7-də parlamentin buraxılması barədə qərar qəbul etmişdi.

Lakin iyunun 8-də parlamentdə keçirilən fövqəladə sessiyada Dodonun Sosialist Partiyasının və ACUM kimi tanınan avropameylli blokun liderləri yeni alyans yaratdıqlarını elan ediblər.

Bu alyans Konstitusiya Məhkəməsini Konstitusiyanı təhrif etməkdə və bundan əvvəlki seçkinin nəticələrini qanunda nəzərdə tutulduğu kimi üç aydan sonra yox, 90 gündən sonra ləğv etməkdə günahlandırıb.Birlikdə parlamentdəki 101 yerdən 61-nə nəzarət edən yeni alyans Maia Sandunun başçılığı altında yeni hökumətin təşkili barədə qərar qəbul edib. Sandu ACUM liderlərindən biridir.

Lakin Məhkəmə bu razılaşmanı nəzərə almayıb, Dodonun prezidentliyini ləğv edib və Filipi keçid prezidenti adlandırıb.

Filip növbədənkənar seçkinin sentyabrın 6-da keçiriləcəyini deyib və bildirib ki, Dodon parlamanentin buraxılması barədə qərarı imzalamaqdan imtina etdiyinə görə vəzifəsindən uzaqlaşdırılıb.Moldovanın separatçı Dnestryanı bölgəsində hələ də 1000-dək qoşun saxlayan Rusiyanın Xarici İşlər Nazirliyi iyunun 10-da “yeni hökumət koalisiyasını” dəstəklədiyini bildirib.

Halbuki ABŞ, Avropa İttifaqı və NATO hər iki tərəfi təmkinə çağırmışdı.

Qonşu Rumıniyanın prezidenti Klaus Iohannis “bütün siyasi qüvvələri məsuliyyətli dialoqa” çağırıb.

Lakin Rumıniyanın xarici işlər naziri Teodor Melescanu iyunun 10-da deyib ki, böhranın çözümü üçün yeganə yol Moldovada təkrar seçkinin keçirilməsidir.

Bununla da Buxarest Moldovada yaranmış yeni alyansı dəstəkləmədiyinə işarə edib.Filipin nazirləri iyunun 10-da hökumət binasına toplaşıblar və bina polis və hakim partiyanın ayrı-ayrı rayonlardan avtobuslarda gətirdiyi 10 min tərəfdarı tərəfindən dövrəyə alınıb.

Yeni alyanssın rəhbəri xanım Sandu deyib ki, bu siyasi böhran oliqarx Plahotniuc bütün dövlət strukturlarındakı monopoliyasını dayandıranadək davam edəcək.

Moldova 1991-ci ildə müstəqillik əldə edəndən bəri siyasi sabitsizlik və korrupsiya yaşayır. Yüz minlərlə moldovan imkansızlıqdan mühacirətə üz tutub.

Siyasi sabitsizliyin daha da artmasına səbəb 2014-cü ildə ölkənin bank sistemindən 1 milyard dolların yoxa çıxması olub. O vaxt bəzi siyasi qüvvələr bu hadisənin araşdırılması üçün Ləyaqət və Həqiqət Platformasını elan etmişdilər.Bu platforma hazırda rəsmi hökumətə qarşı çıxan ACUM blokuna daxildir.

Təşkilat bu qənaətdədir ki, bu pulun yoxa çıxmasında oliqarx Plahotniuc-un birbaşa iştirakı olub.

Hakim partiyanın tərəfdarları nazirlik və hökumət binalarının qarşında çadır qurublar. Onlar prezident Dodonu “satqın” adlandırıblar və deyiblər ki, Dodonun “beynəlxalq birliyi” Moldovodakı böhrana müdaxiləyə çağırması əslində Moskvaya edilən çağırışdır.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO