Sosial 12.06.2019 11:31

Əflatun Amaşov Saatlıda seçicilərlə görüşdü - FOTO

Deputat Əflatun Amaşov Saatlıda seçicilərlə görüşüb.

Rakus.az xəbər verir ki, iyunun 11-də Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Saatlı rayonunda seçicilərin bir qrupunu qəbul edib.

Qəbulda rayon sakinləri əsasən sosial, səhiyyə məsələləri ilə bağlı üzləşdikləri vəziyyətə dair deputata məlumat veriblər. Qaldırılan problemlər içərisində müxtəlif şəxslərə məxsus pay torpaqlarını əkib-becərən şəxslərin dövlət dəstəyi ala bilmək üçün qarşılaqdıqları maneələr də diqqətə çatdırılıb. Bununla əlaqədar olaraq müvafiq hüquqi prosedurların yerinə yetirilməsinin vacibliyi vurğulanıb, mövcud istiqamətdə tövsiyələr verilib.

Qəbulda həmçinin vətəndaşların əfv məsələri, torpaq mübahisələri ilə bağlı üzləşdikləri durumlar nəzərdən keçirilib. Onlardan ərizələr alınıb, habelə həlli yerindəcə mümkün olan məsələlərlə əlaqədar tapşırıqlar verilib, bir sıra problemləri aradan qaldırılması isə nəzarətə götürülüb.

Ə.Amaşov eyni zamanda deputatı seçildiyi 62 saylı Saatlı seçki dairəsinə daxil olan bir sıra kəndlərdə də olub, kənd sakinləri ilə görüş keçirib. Deputat Əbilkənd kəndində yenicə istifadəyə verilmiş və müasir standartlara cavab verən uşaq bağçası ilə tanış olub. Uşaq bağçasının təkcə bu kəndə deyil, eyni zamanda ətraf kəndlərə də xidmət etmək potensialının olduğu önə çəkilib. Həm Əbilkənd kəndində, həm də Sarıcalar və Cəfərxan kəndlərindəki görüşlərdə kənd təsərrüfatı məsələləri barədə fikir mübadiləsi aparılıb. Bildirilib ki, ümumən Saatlı rayonunu su azlığından əziyyət çəkir, əkin sahələri lazımi qaydada su ilə təmin olunsa, məhsuldarlıq daha da artar. Deputat məlumat verib ki, hazırda Kür çayından uzunluğu 17 kilometr olacaq kanalın çəkilməsi prioritet əhəmiyyət daşımaqdadır. Bununla əlaqədar ölkə rəhbərliyinə müraciət ünvanladığını diqqətə çatdıran Ə.Amaşov məsələnin tezliklə həllini tapacağına əminliyini vurğulayıb.

Görüşlərdə bələdiyyələrin işinin effektivliyinin artırılmasına da toxunulub. Mövcud istiqamətdə kənd sakinləri ilə ətraflı fikir mübadiləsi aparılıb.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS