Elm və təhsil 12.06.2019 15:20

Elmi adlarla bağlı prosedurlar sadələşdirildi

Prezident İlham Əliyevin elmi adların və dərəcələrin verilməsinə dair təsdiq etdiyi əsasnamələrlə Azərbaycanda elmi adların və dərəcələrin verilməsi prosedurları sadələşdirilib, artıq maneələr aradan qaldırılıb.

Rakus.az xəbər verir ki, bunu özəl olaraq Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli deyib.

Onun sözlərinə görə, elmi adların və dərəcələrin verilməsinə dair təsdiq olunan əsasnamələr Azərbaycanın dövlət səviyyəsində aparılan elm siyasətinin daha bir uğurudur: “Etiraf edək ki, bundan əvvəl – 2006-cı ildə qəbul edilmiş əsasnamə SSRİ dövründə mövcud olan elmi adlar və dərəcələr haqqında sənədin kosmetik dəyişikliyi sayəsində hazırlanmışdı. Ancaq yeni təsdiqlənən sənədlər müstəqillik dövrünün elmi adlar və dərəcələrə dair birinci əsasnamədir”.

Yeni əsasnamələrdə çoxlu sayda yeniliklərin olduğunu deyən İ.Həbibbəyli əlavə edib ki, bunların arasında ən mühümü dissertasiyaların sənədləşdirilməsi prosedurunun sadələşdirilməsi ilə əlaqədardır: “Eyni zamanda, icra prosedurlarının da sadələşdirilməsinə dair də addımlar atılıb. Məsələn, əvvəl doktorluq dissertasiyaları iki dəfə Ali Attestasiya Komissiyasına (AAK) təqdim olunurdu. Dissertasiya işinin hətta bir dəfə AAK-a təqdim olunub müdafiəyə tövsiyə olunması barədə qərar verilirdi, ikinci dəfə isə anlaşılmaz şəkildə işin təsdiq olunması barədə qərar qəbul edilirdi. Bu, tamam formal bir mərhələ idi və doktorantların zərərinə idi. Bu əsasnaməyə görə isə doktorluq dissertasiyası müdafiə olunduqdan sonra bir dəfə AAK-a təqdim olunacaq. Bundan başqa, dissertant üçün müəyyən edilən aparıcı müəssisənin adı bəzən sənədlərdə formal şəkildə yazılırdı. İndiki əsasnamədə bu formal proses də aradan qaldırılıb”.

İ.Həbibbəyli qeyd edib ki, yeni əsasnamədə dissertantların öz məqalələrini çap etməsi üçün impakt faktorlu jurnalların seçilməsi ilə bağlı da dəyişiklik edilib:

“İndiyə qədər dissertantların öz məqalələrini çap etməsi üçün impakt faktorlu jurnalların ən yüksək dərəcəsi nəzərdə tutulurdu. Bu isə bir çox elm, xüsusilə ictimai və humanitar sahələrdə mümkün deyildi. Bu hal istər-istəməz saxtakarlığa, süründürməçiliyə yol açırdı. İndi impakt faktorlu jurnalların dərəcəsi xeyli, reallığa uyğun şəkidə aşağı endirildi. Bu yenilik dissertantlara həm öz məqalələrini həmin nəşrlərdə çap etdirməsinə yol açır, həm də saxtakarlığı tamamilə aradan qaldırır. Ümumiyyətlə, prosedurların və sənədləşmənin sadələşdirilməsi, artıq maneələrin aradan qaldırılması ölkəmizdə elmi kadrların, yüksək səviyyəli mütəxəcəssislərin hazırlanmasının yeni mərhələsinin başlanmasına stimul verəcək”.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO