“Həlimə Əliyevanın səhhəti dünən qəfildən pisləşdi”.
Bu barədə mərhumun kürəkəni Aqil Səmədbəyli deyib.
O bildirib ki, H.Əliyeva dərhal İstanbulun Silivri rayonunda yerləşən xəstəxanaya aparılıb: “Bu gün isə reanimasiya şöbəsində dünyasını dəyişdi”.
A.Səmədbəyli mərhumun cənazəsinin Bakıya gətiriləcəyi vaxtı hələ müəyənləşdirmədiklərini deyib: “Biz şokdayıq”.