Surət Hüseynov qələt eləyir – Pənah Hüseyn
Sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının rəhbəri Pənah Hüseyn sosial şəbəkə vasitəsilə mediaya müraciət edib.
Rakus.az xəbər verir ki, P.Hüseyn iki gün öncə sosial şəbəkədən yazdığı bir statusu xatırladıb, daha sonra öz mövqeyini açıqlayıb. P.Hüseynin statusunu təqdim edirik: “Bu gün mənə bir neçə KİV- dən sual unvanlanıb ki, Surət Hüseynovun adından (səsi ilə?) ittihamlar yayınlanlanıb, bunlara cavab verim və ya şərh verim. Demişəm ki, araşdırıb, lazım bilsəm, təzə bir şey varsa 15 iyundan sonra cavablandıraram. Ona qədər, öyrənəcəm ki, Könül Rafiqqızı imzası ilə dərc edilən materiallar Surət Hüseynovu bağlayırmı? Və Surət Hüseynöv təsdiqləyirmi ki, bu materaillar onun bilgisi və ya razılığı ilə yayılır, yoxsa özfəaliyyətdir. Bir necə saata buna cavab olacaq və cavaba adekvat reaksiya da olacaq. Bu status iki gün əvvəl yazılmışdı…
Sonra dedilər, həmin “səsi” Qurban Məmmədov da Azefredoomda da səsləndirib. Sonra Ə.Elçibəyin həyat yoldaşının vəfatı hadisəsi oldu. Təziyə ilə əlaqədar Naxçıvana – Kələkiyə getdik. Qayıdandan sonra mənə məlumat verdilər ki, Surət Hüseynovdan birbaşa nə təsdiq, nə də təkzib gəlməyib. Güya o Yaponiyadadır. Ancaq, onun köməkçisi qismində tanınan şəxs bildirib ki, həqiqətən bu yaxınlarda Surət Hüseynovla özünü jurnalist kimi təqdim edən biri ilə yayılmaq üçün nəzərdə tutulmayan söhbəti olub. Bu, məncə elə dolayısı təsdiqdir. Mən o “səsi” dinlədim. Əvvala, mən bir qadının arxasında gizlənib (material Könül Rafiqqızı imzası ilə yayılıb) küçə qadınlarına xas söyüşlər söyən birisinə baş qoşub cavab verməyi nə özümə, nə digər dostlara, ümumiyyətlə, özünü tanıyan heç kişiyə yaraşdırmaram. Bu cür hərəkətin də adı q……dir. O ki, qaldı onun guya “Təhlükəsizlik Şurasında” ermənilərlə gizli atəşkəs müqaviləsi barədə müzakirələr haqqında axmaqlamağına, o cür düşük, səviyəsiz şərləmələrə də elə axmaq adamlar inanar. Qələt eləyir, başını daşa döyür”. (Musavat.com)