Elm və təhsil 17.06.2019 14:40

Tanınmış mühəndis vəfat etdi

Tanınmış ictimai xadim, Azərbaycan neft emalı sənayesinin təşkitalçılarından biri, Azərbaycanın əməkdar mühəndisi Akimov Kamil Əlisoltan oğlu 92 yaşında Bakıda vəfat edib.

Rakus.az xəbər verir ki, Kamil Akimov 1927-ci il iyulun 11-də Sabirabad şəhərində sənətkar ailəsində anadan olub.

1947-ci ildə Bakı Neft Texnikumunu fərqlənmə diplomu ilə bitirdikdən sonra təhsilini Azərbaycan Sənaye İnstitutunda davam etdirib və eyni zamanda Neftayırma zavodunda operator köməkçisi kimi əmək fəaliyyətinə başlayıb. 1952-ci ildə ali təhsilini neft və qazın emalı üzrə mühəndis-texnoloq ixtisası ilə başa vurduqdan sonra zavodun ən məhsuldar qurğularından birinə rəis təyin edilib.

Kamil Akimov istehsalatda çalışmaqla yanaşı elmi axtarışlarını davam etdirib, neft emalı sənayesi sahəsində 30-a yaxın təklifin, 10-a yaxın ixtiranın müəllifi olub. Bu illər ərzində o, neftayırma sənayesi işçiləri, texnikum və institut tələbələri üçün dərsliyin və bir neçə kitabçanın çapdan çıxmasına nail olub.

O, 1962-ci ildə zavodun baş mühəndisini müavini, 1963-cü ildə Azərbaycan KP MK, respublika Nazirlər Soveti yanından yeni təşkil olunmuş Partiya Dövlət Nəzarət Komitəsinin neft və kimya sənayesi şöbəsinə rəis müavini, 1964-cü ildə isə Ə.Qarayev adına neft emalı zavoduna direktor vəzifəsinə təyin edilib.

Kamil Akimov zavoda rəhbərlik etdiyi illərdə qurğuların yeni texnologiya əsasında təkmilləşdirilməsi, istismarı və təmiri işləri ilə məşğul olaraq, qısa müddətdə zavodun qabaqcıl sənaye müəssisələri sırasına çıxmasına nail olub. Məhz bu uğurlarına görə o, “Şərəf Nişanı” ordeninə, “Əməkdar Mühəndis” fəxri adına layiq görülüb və daha məsul vəzifələrə irəli sürülüb.

Kamil Akimov 1967-ci ildə Azərbaycan Respublikası neftayırma sənayesi nazirinin 1-ci müavini, 1970-ci ildə isə Azərbaycan Respublikası neftayırma sənayesi naziri təyin edilib. 1970-80-ci illərdə Ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə neftayırma zavodlarında aparılan yenidənqurma işlərində Kamil Akimovun xüsusi xidmətləri vardır. O dövrdə Azərbaycana yüksək məhsuldarlığa malik iki ELOU-AVT-6 qurğusu gətirilib, Bakı neftayırma zavodu yeni texnologiyaya əsaslanan katalitik riforminq qurğusu ilə təchiz edilib, neftayırma zavodları üçün möhkəm maddi-texniki baza yaradan yeni obyektlər tikilib istifadəyə verilib.

Kamil Akimov 1970-80-ci illərdə neft emalı sənayesində göstərdiyi xidmətlərə görə “Oktyabr inqilabı”, “Qırmızı Əmək Bayrağı” ordenləri, Azərbaycan respublikası Ali Sovetinin Fəxri Fərmani ilə təltif edilib, 2 çağırışda Ali Sovetin deputatı seçilib. Kamil Akimov zəngin təcrübəsi, dəyərli məsləhətləri ilə təkcə Azərbaycanda deyil, bir sıra xarici ölkələrdə də neft emalı sənayesinin inkişafına mühüm töhfələr verib. O, ayrı-ayrı illərdə İraqda və Kubada neft emalı zavodlarının yenidən qurulmasında sovet mühəndislərinin işinə birbaşa rəhbərlik edib, həmin ölkələrin fəxri fərmanları və yüksək mükafatlarına layiq görülüb.

Kamil Akimov ömrünün ahıl vaxtlarında da neft emalı sənayesinə töhfələr verməkdə davam edib. SOCAR-ın “Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyətində baş direktorun məsləhətçisi kimi fəaliyyət göstərən görkəmli mühəndisin neft emalı prosesində formalaşan neftşlamın emalı və zərəsizləşdirilməsi, sənaye çirkab sularının təmizlənməsi texnologiylarının təkmilləşdirilməsinə dair verdiyi təkliflər uğurla həyata keçirilir. Kamil Akimov daim öz həyat və əmək təcrübəsini gənclərlə bölüşmüş, peşəkar mühəndis və texnoloq kadrlarının yetişdirilməsində mühüm rol oynamışdır.

Görkəmli mühəndis və ictimai xadim Kamil Akimovun undulmaz xatirəsi daim qəlblərdə yaşayacaq, onun neft emalı sənayesinə gətirdiyi yeniliklər bundan sonra da iqtisadiyyatımızın inkişafına töhfələr verməkdə davam edəcəkdir.

Allah rəhmət etsin!

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO