İqtisadi 18.06.2019 19:00

“Made in Azerbaijan” brendi fəaliyyətə başladı - FOTO - VİDEO

Azərbaycanda ilk dəfə olaraq yerli dizaynerlər bir məkanda, “Made in Azerbaijan” brendi altında fəaliyyətə başlayıblar.

Bu günlərdə paytaxt Bakının mərkəzində, “Malakan” bağının yaxınlığında (Mərdanov qardaşları, 8) “Master hands” (“Ustad əllər”) adı altında yerli brendlərin butikinin təntənəli açılış mərasimi keçirilib.

Rakus.az xəbər verir ki, Sözügedən ünvanda Azərbaycan dizaynerləri bir araya gələrək, “Made in Azerbaijan” brendini yaradıb. Bu ad altında hazırlanan məhsullar həm yerli, həm də ölkəmizə səfər edən xarici vətəndaşların ixtiyarına verilib.

“Master hands” butikinin açılmasında məqsəd Azərbaycanın gənc və istedadlı xanımlarını bir araya toplamaq, onların istedadını, əl işlərinin satışını təşkil etmək və dünyaya tanıtmaqdır.

Mağazada hələ ki, 35 yerli dizaynerin hazırladığı məhsullar – kutyurlar, müxtəlif geyimlər, çanta, ayaqqabı, kəlağayı, uşaq geyimləri, bəzək əşyaları, aksessuarlar və digər əl işləri satışa çıxarılıb. Lakin yaxın vaxtlarda layihəyə qoşulacaq dizaynerlərin sayı daha da artacaq.

Layihənin ideya müəllifi və rəhbəri gənc və istedadlı dizayner Fərqanə Bəxtiyarovadır. Fərqanə Bəxtiyarova layihənin necə yaranmasından danışıb: “Müxtəlif tədbirlərdə, moda həftələrində dizaynerlər hər zaman dilə gətirirdilər ki, kaş, bizim də bir mağazamız olaydı və bütün əl işlərimiz orda satılaydı. Mən də bu arzudan yola çıxdım və ideyanı gerçəkləşdirmək qərarına gəldim. Gərgin zəhmət, xeyli əziyyət və yuxusuz gecələr hesabına ideyanı gerçəkləşdirə bildim. Nəticədə “Made in Azerbaijan” brendi altında birləşərək, ortaq butikimiz fəaliyyətə başladı. Bu işdə mənimlə bərabər əziyyət çəkən, dəstək olan hər kəsə təşəkkür edir, dizaynerlərimizə uğurlar diləyirəm. Ümid edirəm ki, ölkəmizdə ilk olan bu layihə uğur qazanacaq”.

Azərbaycanın əməkdar incəsənət xadimi, dizayner-modelyer Fəxriyyə Xələfova Azərbaycanda belə bir mağazanın ilk dəfədir açıldığını bildirib: “Bu, çox sevindirici haldır. Nə gözəl ki, belə bir işi görmək nəsibimiz oldu. Bu ideyanın reallaşdırmaqda belə bir stereotip vardı – nədənsə qorxurdular, çəkinirdilər. Ancaq kimsə bu ideyanı reallaşdırmalı idi və nəhayət ki, bu layihə gerçəkləşdi. Burada toplaşan dizaynerlər peşəkar, istedadlıdırlar və əzmkarlıqla çalışırlar. Onlar Azərbaycan xanımlarının zövqünü çox gözəl bilirlər. Burada həm mənim, həm tələbələrimin, digər istedadlı dizaynerlərin əl işləri var. Biz hamımız rəqabət aparmalıyıq. Rəqabət biznesin başlanğıcı və inkişafın aparıcı qüvvəsidir. Biz dünya brendləri və markaları ilə, xarici dizaynerlərlə rəqabət apara bilərik. Bizim kolleksiyalar sevilən, istənilən və ən çox tələb olunan kolleksiyalar sırasında yer alacaq. Ümid edirəm ki, “Master hands” bir şəbəkəyə çevriləcək və Azərbaycanın digər şəhərlərində də filialları açılacaq”.

“Master hands” butikinin açılış mərasimində əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, Azərbaycan Respublikası Sahibkar Qadınlar İctimai Birliyinin sədri Zemfira Ağayeva, müğənnilərdən əməkdar artist Sevda Ələkbərzadə, İradə İbrahimova, Sevda Yəhyayeva, Zamiq Hüseynov, Səidə Sultan, Cavid Məmmədov, Hacı Nazim, tanınmış vizajist Nigar İbrahimova, aparıcılar Hacı Nuran Hüseynov, Nəsib Nur, Kamilə Babayeva, Şəhriyar Əbilov, Xədicə Sənanqızı və digərləri iştirak ediblər.

Açılış mərasimində butikdə satışa çıxarılan geyimlərin və aksessuarların nümayişi də baş tutub.

Gözəl, zərif, zövqlü və dəbli xanımların seçimi olan “Master hands” müştərilərini bu ünvanda qarşılayır – Malakan bağı, Mərdanov qardaşları, 8;

Email: [email protected]

Mobil: +994 (50) 216-10-06

 

 

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO