Mətbuat 19.06.2019 18:27

BQC-nin baş direktoru Mətbuat Şurasında oldu

Bu gün Beynəlxalq Qəzetçilər Cəmiyyətinin (Kuresel Gazeteciler Konseyi; Global Journalism Council) baş direktoru Mehmet Əli Dim Azərbaycan Mətbuat Şurasında olub.

Rakus.az xəbər verir ki, Mətbuat Şurasından verilən məlumata görə, Parlament Jurnalistləri Birliyinin dəvəti ilə ölkəmizdə səfərdə olan qonağı salamlayan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Azərbaycan-Türkiyə media əlaqələrinin hazırkı vəziyyətindən söhbət açaraq bildirib ki, hər iki ölkə arasındakı tarixi dostluq və qardaşlıq münasibətləri jurnalistlərin də qarşılıqlı əməkdaşlığının güclənməsinə təsir göstərməkdədir.

MŞ sədri eyni zamanda mövcud sahədə görüləcək işlərin çoxluğuna diqqət çəkib. O bildirib ki, Azərbaycan mediası Türkiyə ilə bağlı məsələlərdə hər zaman monolit mövqedən çıxış edir. Bu mövqe qardaş ölkənin dövlətçilik maraqlarının nəzərə alınmasına söykənmiş yaradıcılıq dəst-xəttinə əsaslanır. Ə.Amaşov rəhbərlik etdiyi qurumun xaricdəki nüfuzlu media təşkilatları ilə əlaqələrindən də söz açıb. Vurğulayıb ki, qarşılıqlı əməkdaşlıqda başlıca məqsəd beynəlxalq miqyasda Azərbaycanla bağlı obyektiv rəyin formalaşmasına dəstək göstərməkdən, təcrübə mübadiləsi aparmaqdan ibarətdir.

M.Ə.Dim Azərbaycana səfərinin məqsədləri barədə məlumat verərkən bildirib ki, Beynəlxalq Qəzetçilər Cəmiyyəti tərkibində Türkiyə ilə yanaşı, dünyanın bir sıra ölkələrinin jurnalistlərini də birləşdirir. BQC-nin kifayət qədər geniş platforma olduğuna dair fikirlərini bölüşən sədr əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı kimi məsələlərin, mövcud xüsusda Azərbaycanın ədalətli mövqeyinin, həmçinin turizm potensialının təbliği üçün qurumun daha sıx fəaliyyət göstərməsinə ehtiyac duyulmaqdadır. O, səfərin bu baxımdan əhəmiyyətli olacağına əminliyini vurğulayıb.

Görüşdə Türkiyənin bəzi media qurumlarında zaman-zaman Azərbaycanla bağlı yanlış məlumatların yayıldığına, bunun ermənipərəst qüvvələr tərəfindən məqsədli şəkildə həyata keçirildiyinə dair fikir mübadiləsi də aparılıb. Belə mənfi təmayüllərə qarşı mübarizə aparılmasının zəruriliyi əsaslandırılıb, qarşıdakı vəzifələr əməkdaşlıq istiqamətləri kimi nəzərdən keçirilib.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO