Elm və təhsil 20.06.2019 16:16

Fakültəmizin Gündüzü – Tələbə yazır - FOTO

İnsan yeni mühitə düşəndə həmişə özündən böyüklərin qayğısına, daha təcrübəlilərin tövsiyəsinə ehtiyac hiss edir. Xoşbəxtəm ki, üç il əvvəl BDU-nun Jurnalistika fakültəsinə qəbul olanda ilk vaxtlardan müəllimlərin, həmçinin yuxarı kurs tələbələrinin diqqət və qayğısını öz üzərimdə hiss etdim. Onlardan biri də həmin vaxtlar fakültəmizin dördüncü kursunda təhsil alan Gündüz Camalzadə idi. Məni maraqlandıran məsələlər barədə fikirlərini öyrənir, müəllimlər, keçirilən fənnlər barədə çoxlu suallar verirdim. Tədricən mühitə öyrəşdim və onu da dərk etdim ki, jurnalistika fakültəsi bir ailədir: Hamı bir-biri ilə səmimi, mehribandır. Gündüz isə bu kollektivin ən alicənab üzvlərindəndir. Bir neçə il keçdi-mən semestrləri, kursları başa vurduqca o da məzun oldu, Azərbaycan Dövləti İqtisad Universitetində magistratura pilləsində təhsilini davam etdirdi. Bu ilin sentyabr ayından etibarən bir müddət fakültəmizdə tyutor kimi çalışdı.

Həmin zaman kəsiyində tələbələrin, o cümlədən birinci kursların rəğbətini, sevgisini qazandı.Özünün ictimai fəallığı, işinə sevgisi ilə daim seçilirdi. Təsadüfi deyil ki, hər tənəffüs onu dəhlizdə görürdüm; ya tələbələrə nə isə başa salır, ya dərs cədvəlində  düzəliş edir, ya da vəzifəsinin tələb etdiyi başqa bir işlə məşğul olurdu. Nümunəvi fəaliyyətinə görə çox keçmədi ki, BDU-nun “Sabah” qruplarına dekan müavini təyin edildi. Sevindirici tərəf ondan ibarətdir ki, tələbə kimi necə sadə və təvəzökar idisə, indi də həmin xarakterini qoruyub saxlayır. Bu səbəbdən də günü-gündən ucalır.

Gündüzü  tanıyan hər kəs, eləcə də, müəllimlər onun haqqında müsbət fikirdədirlər. Məsələn fakültəmizin dekanı dosent Vüqar Əliyev onu belə xarakterizə edir: “Gündüz bizim fakültəmizdə həm təhsil alıb, həm də işləyib. Tələbə kimi necə intizamlı idisə, işinə də bir o qədər məsuliyyətlə yanaşırdı. Özünün çalışqanlığının nəticəsidir ki, o, artıq dekan müavinidir. Gündüzün  uğuru bizim hər birimizin uğurudur. Məzunumuzla ancaq fəxr etmək olar.”

Jurnalistika fakültəsinin Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli də tez-tez Gündüzdən danışan, onu digər tələbələrə nümunə göstərən müəllimlərdəndir. “Gündüz həm oxumasına, həm də ədab-ərkanına görə seçilib. Müəllimə belə tələbələr az-az qismət olur. Belə demək mümkünsə, Gündüz kimiləri nadir tapıntılardır.”

Onun haqqında olan xoş fikirlər kifayət qədərdir. Ancaq yazımızın həcminin artmaması üçün hamısını qeyd etməyə, məncə, ehtiyac yoxdur. Bir faktı oxucuların nəzərinə çatdırım ki, bu gün universitetimizin “Sabah” qruplarına getmişdim ki, Gündüzlə görüşüm. Otağa daxil olanda nə isə yazdığını gördüm. Orada olduğumun fərqinə vardıqdan sonra ayağa qalxdı, səmimi görüşdük, danışdıq. Təxminən yarım saatlıq müddət ərzində bir neçə tələbə sevimli dekan müavinlərinə yaxınlaşdı, ondan nə isə soruşdular, məsləhət aldılar. Və həmin anlarda mən başa düşdüm ki, Gündüz qısa müddət ərzində yeni vəzifəsində də ətrafdakıların rəğbətini qazanmağı bacarıb. Bu isə onu deməyə əsas verir ki, Gündüzün yolu işıqlı, parlaqdır. Eyni ilə adı kimi.

Fakültəmizin hörmətli müəllimlərindən dosent Mahmud Mahmudov hər dəfə məni dəhlizdə görəndə deyir: “Ay Kənan, Gündüz getdi, bu dəhlizləri sənə tapşırdı, deyəsən”. Həmin anlarda qeyri-iradi olaraq gülümsəyir və öz-özümə fərəhlə düşünürəm: “Təki Gündüz daha da irəliyə getsin, o getsin ki, bizim yolumuza da işıq saçsın”.

Bu gün onunla sözün əsl mənasında fəxr etdiyim, tanığıma görə özümü xoşbəxt hesab etdiyim Gündüz Camalzadə növbəti yaşına qədəm qoydu. Təbrik edir, ən xoş arzularımı çatdırırıam. Şübhəsiz, xeyli hədiyyə alacaq, xoş sözlər eşidəcək. Dəqiq bilirəm ki, ən böyük arzularından biri növbəti ad günlərini Qarabağda qeyd etməkdir. Nə vaxtsa o gün gələcək və mən daha təkmil yazı ilə yenə özümə qardaş qədər əziz bildiyim Gündüzü təbrik edəcəm. O vaxta kimi isə uğur uğur gətirəcək..

 Kənan Novruzov

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO