İdman 20.06.2019 19:39

“Qo-o-o-ol” kitabını oxumağa dəyər - FOTO

Milyonların sevimlisi olan futbola hamı azarkeşlik edir. Amma yaşıl meydançalarda baş verən incə hadisələri və məqamları əbədiləşdirmək, baş verənləri analitik təhlil edərək milyonların diqqətinə çatdırmaq yüksək peşəkarlıq və parlaq istedad tələb edir. Futbol və bu sahədə baş verənlər haqqında analitik mülahizələri və təhlilləri ilə idmansevərlərin diqqətini cəlb edən imzalardan biri də istedadlı qələm sahibi Mobil İsmayılovdur.
Müəllifin indiyədək müxtəlif mövzularda bir neçə kitabı nəşr olunub. Əsasən, publisistik janrda yazılan bu kitablar oxucular tərəfindən rəğbətlə qarşılanıb. İxtisasca hüquqşünas Mobil İsmayılovun buyaxınlarda çapdan çıxan “Qo-o-o-ol” adlı kitabında yer almış məqalələr qeyri-adi, maraqlı üslubda yazılmaqla, peşəkar və analitik təhlilə əsaslanıb. Fərqli üslubu və özünəməxsus dəsti-xətti ilə seçilən Mobil müəllimin müəllifi olduğu bu kitabdakı məqalələr dolgunluğu, obyektivliyi, samballılığı ilə diqqət çəkir. Kitabda müəllif futbolla, “ulduz”larla bağlı maraqlı düşüncələrini sadə dillə oxucuya çatdırmağa çalışır. Kitabla tanış olduqca anlayırsan ki, müəllif futbolda baş verənləri, futbolçuların psixologiyasını gözəl bilir. Müəllifin həm azarkeş, həm futbol yazarı, həm də futbol mütəxəssisi kimi real və inandırıcı müşahidələri diqqətəlayiqdir. Mobil İsmayılov yazılarında müqayisəli təhlil aparmaqla
oxucusuna futbolun bugünkü aktual problemlərindən də söhbət açır.
Gələcəkdə xarici dillərə tərcümə olunması nəzərdə tutulan “Qo-o-o-ol” kitabında Mobil İsmayılovun futbolla bağlı demək istədiklərinin yalnız bir hissəsi daxil edilib. İnanırıq ki, sehrli futbol dünyasının maraqlı məqamlarının yer aldığı bu kitabı oxuyan hər kəs bu dünyanın gözəlliklərinə bir daha yaxından bələd olacaq və müəllifin yeni kitabının ərsəyə gəlməsini səbirsizliklə gözləyəcəklər.
154 səhifədən ibarət “Qo-o-o-ol” kitabı “Elm və təhsil” Nəşriyyatında işıq üzü görüb. On məqalənin yer aldığı kitabın ilk yazısı “Həmin o Eysebio və yaxud çöldə bitən çiçək” adlanır. Ümumiyyətlə, burada Eysebiodan başqa, Maradona, Ronaldinyo, Messi və s. “ulduz”lar barədə maraqlı xatirələr, düşüncələr öz əksini tapıb. Kitabın sonunda müəllifin ekzklüziv müsahibəsi və futbolla bağlı düşündürücü lətifələr, deyimlər verilib.
Bu maraqlı və diqqətinizi cəlb edəcək kitabı şəhərin istənilən kitab mağazalarından əldə emək mümkündür.

 

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO