Maraqlı 22.06.2019 08:45

BÜRCLƏR – 22 iyun

Qoç – istənilən, hətta ən kiçik işlərdə fayda və mənfəət arayın. Hadisələri tələsdirməyin. Etdiyiniz seçimi dərhal açıqlamayın. Ev işləri və ailə tədbirləri üçün əlverişli zamandır.
Yeni işə və ya fəaliyyət sahəsinə maraq yarana bilər.
Günün ikinci yarısında yeni ideya və fikirlərinizi yaxın ətrafınızdakı insanlarla bölüşə bilərsiniz.
Axşam saatlarında aktiv istirahəti seçin.

Buğa – yaxın ətrafınıza, yaşam arealınıza diqqət yetirin. Ağıllı və fəndgir davranın, ehtiyatı əldən verməyin.
Qüvvələrinizi bərpa etməyə çalışın. Bunun üçün təmrinləri və ya prosedurları müəyyənləşdirin.
Yeni informasiya alına bilər. Bu xəbər işlərin gedişatında, işgüzar tərəfdaşlarla münasibətlərdə dəyişikliklər yarada bilər.
Başlanmış prosesi dayandırmağa can atmayın, çünki niyyətiniz reallaşmayacaq.
İşdə kiçik, amma önəmli detalı aşkarlayın. O detal və ya ünsür işi tamamlamağa, onu mənalandırmağa imkan verir.

Əkizlər – perspektivdə başlanacaq layihələr və ya işlərlə bağlı gərgin mübahisələrə qatılmayın, enerjinizi mənasız işlərə sərf etməyin.
Cari işlərə yetərincə vaxt ayırın.
Təxirəsalınmaz müdaxilə tələb edən işlərdə aktiv olun.
Təəssüratlar, tələblər, iddialar və dəvətlər çoxdur. Axşam saatlarını romantik görüşə ayıra bilərsiniz.

Xərçəng – yeni və ağır işə başlamazdan əvvəl cari situasiyanı yetərincə dəqiq şəkildə dəyərləndirin. Mümkün perspektivləri proqnozlaşdırın. Real potensialınızın imkan vermədiyi qərarlar qəbul etməklə irəliləyə bilməzsiniz.
Günün ikinci yarısında fəaliyyət sahəsini dəyişmək barədə düşünmək olar. Alış-veriş üçün əlverişli zamandır. Sevdiyiniz insanla münasibətlərinizi inkişaf etdirin. Qarşılıqlı sayğı çox önəmli məsələdir.

Şir – daxili emosional durumunuz bu gün xüsusi əhəmiyyət kəsb edəcək. Əhvalınız ailə üzvlərinizin davranışı və yaxın ətrafınızdakı insanların əməllərindən də asılı olacaq.
Yaşamla, daşınmaz əmlakla bağlı məsələlərin çözülməsində ehtiyatlı olun. Düşünülməmiş qərarlar verməyin.
Günün ikinci yarısında işgüzar münasibətlərdə səlis, məntiqli addımlara zərurət duyulur. Bununla belə gündəlik qayğıları, xırdalıqları, detalları unutmayın. Alış-verişdə çox pul xərcləməyin. Maliyyə, pul məsələlərində sayıq olun.
Önəmli ödənişləri ertələyin.

Qız – günün ilk yarısından etibarən yaranan çətin, birmənalı olmayan situasiyalarda səliqəli davranın. Özünüzə qarşı kritik olun. Fəaliyyət sahənizdən kənar işlərlə çox məşğul olaraq vaxtınızdan qeyri-effektiv şəkildə yararlanmayın.
Günün ikinci yarısında işgüzar tərəfdaşlar və etibarlılığına şübhə etdiyiniz insanlarla əməkdaşlıqda onlara çox inanmayın. İntuisiyanız sizə dürüst qərar verməyə yardım edəcək. Dəqiq cavabını bilmədiyiniz məsələlərdə təhtəlşüurunuza güvənin.

Tərəzi – başladığınız işləri bitirmək üçün kənardan yardımlar gözləməyin. İşdə rəhbərliyin tapşırıqlarının öhdəsindən gəlməyə çalışın. Müstəqil fəaliyyət üçün münasib zamandır. Rəqibləri üstələyərək məqsədə doğru sürətlə irəliləyin.
Günün ikinci yarısında planlarda dəyişikliklər, qrafikdə yenilənmələr ola bilər. Dövlət qurumlarına yollansanız, gözləntiləriniz doğrulmayacaq. Gərəkli məmur yerində olmayacaq.
Axşam saatlarında normal istirahət edin.

Əqrəb – yaşımınızda uğurlu dövr başlanır. Bəxt üzünüzə güləcək. Başladığınız işi əsla yarımçıq qoymayın. Problemlərin həllində aktiv və sürətli olun. Xüsusi önəm verdiyiniz məsələlərdə gecikmələrə yol verməyin. Diqqətli və sərvaxt davranın.
Günün ikinci yarısında yaxşı düşünülməmiş qərar qəbul etməyin. Yaxın ətrafınızdakı insanların intensiv fəaliyyətini təmin etmək üçün liderlik məziyyətlərinizdən yaralanın.
Axşam saatlarında əyləncəyə vaxt ayıra bilərsiniz.

Oxatan – günün ilk yarısından etibarən yaşanan olaylar üzərində kontrolu itirməyin. Tərəfdaşlardan və ya şəriklərdən biri etimadınızı doğrultmayacaq. Mühüm görüş, rəhbərliklə müzakirələr və ya dövlət qurumunun nümayəndəsi ilə söhbət ümidlərinizi puç edə bilər.
Günün ikinci yarısında mövqelərinizi daha möhkəm, daha səbatlı edin. Ən kiçik maneə, cılız problem əhvalınızı korlamasın. Məqsədə aparan yol gözləniləndən uzun olarsa, əndişələnməyin.
Axşam saatlarını ailəyə həsr edin.

Oğlaq – intuisiyanıza güvənin. Qarşı tərəfin maraqlarını da nəzərə alın. Məntiqə xəyanət etməyin. Rəqəmlər, faktlar, hesablamalara xüsusi diqqət yetirin. Mübahisəli məqamları tərəfdaşlar, şəriklərlə müzakirə edin.
Günün ikinci yarısında çalışdığınız yerdə rəhbərliklə münaqişə yaratmayın. Səhvlər və yanlışlıqlar fəaliyyətinizdə geriləmələrə səbəb olmamalıdır. Sevdiyiniz insana hədiyyə verin.
Axşam saatlarını dəyər verdiyiniz insanlara sərf edin.

Dolça – günün ilk yarısından problemlərin və qayğıların sayı artacaq. İşinizlə bağlı məsələlərdə qəfil çətinlik istisna deyil. Tələskənliyə yol verməyin. Problemi həll etmək üçün bilikli və təcrübəli insanların məsləhətlərindən yararlanın.
Günün ikinci yarısında rəqiblərdən biri sizi sınağa çəkmək istəyəcək. Yaxınlarınızla və qohumlarınızla təmaslarda səmimi, qayğıkeş olun. Qohumlardan birinin yardıma ehtiyacı var. Neqativ emosiyaların hərəkətlərinizi idarə etməsinə imkan verməyin.
Axşam saatlarında gəzintiyə çıxa bilərsiniz.

Balıqlar – proseslər üzərində tam nəzarətə malik olduğunuzu düşünməyin. Belə kontrol hissi illüzordur. Xəyallara aldanmayın. Gərəkli vaxtda lazımi yerdə olmaq üçün bütün imkanlardan istifadə edin.
Yaxın gələcəklə bağlı perspektivlərinizi dəyərləndirin. Qəfil xəbərlərdən maraqlarınız üçün istifadə edin. Mühüm olay yaşanacaq.
Günün ikinci yarısındakı hadisələr, situasiya təsadüfi deyil.
Həmkarlar və dostlarla aktiv təmaslarda olun. Ehtiyac duyduğunuz məlumatları əldə etməyə can atın. Tələsik təmaslarda heç bir fayda yoxdur.(Milli.Az)

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO