Mətbuat 23.06.2019 11:27

Qapılarımızda daha güllə səsi eşidilməsin…

 

Təxminən yarım saata yaxındır içindəki yazıları oxuduğum “Güllə səsinə açılan qapı” kitabını bağlayıb masamın üzərinə qoyuram. Başımı ovuclarımın arasına alır, gözümü yumur və fikirləşirəm-beynim dolub sanki. Düşündüyüm isə Azərbaycanın bütövlüyü, vətənin birliyidir. Təsadüfi deyil. Çünki bayaqdan bəri oxuduğum bütün məqalələr, müsahibələr elə bu mövzudadır. Hər birində Vətən təəssübü hiss olunur. Axı “Güllə səsinə açılan qapı” müəllifin özünün də dediyi kimi Azərbaycanı bütöv görmək istəyənlər üçündür…Deməli, burada Vətəndən danışılması da təəccüblü deyil.

 

Kitabın müəllifi haqqında üç il əvvəldən eşitdiyim, sonradan qiyabi tanış olduğum və ilk dəfə bu yaxınlarda görüşdüyüm Tamxil Ziyəddinoğludur. Tamxil müəllim Hərbi Jurnalistlər Birliyinin sədri, əvvəllər AzTV-də hərbi-vətənpərvərlik baş redaksiyasının baş redaktoru, hazırda isə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-in İnformasiya Proqramları Studiyasının direktor müavini və həm də 2008-ci ildən çap olunan “Bütöv Azərbaycan” qəzetinin təsisçisidir. Onunla tanışlığım da elə adını çəkdiyim qəzetlə başlayıb. Müəllimlərimizdən dosent Mahmud Mahmudovun tövsiyəsi ilə qəzetə müntəzəm olaraq yazılar göndərirdim. Sağ olsun, Tamxil müəllim də etimad göstərir, dərc etdirirdi onları. Əslində elə ilk vaxtlardan Mahmud müəllimin dedikləri məndə inam yaratmışdır ki, “Bütöv Azərbaycan”da da imzam görünəcək: “Tamxil müəllim əsl jurnalistdir. Mən onun müəllimi olmuşam. Bir neçə cəhddən sonra bu fakültəyə qəbul olsa da, qəlbindəki jurnalistiikaya olan sevgi heç vaxt ölməyib. Çox vətənpərvər insandır. Hər dəqiqə, hər an vətənini, vətənin sabahı olan gəncliyi düşünür. Tamxil müəllimlə əməkdaşlıq edin. O, sizin hər birinizə kömək edəcək.”

Bu gün nəzəriyyəçiləri düşündürən əsas mövzulardan biri budur ki, peşəkarlıq, yoxsa vətənpərvərlik öndədir? Bunu dəqiq bilmirəm. Dəqiq bildiyim odur ki, Tamxil müəllimdə ikisi də eyni dərəcədə-ən yüksək səviyyədədir. Onunla cəmi bircə görüş bunu deməyə əsas verir. Yuxarıda adını çəkdiyim “Güllə səsinə açılan qapı” kitabından bir nüsxə götürmək üçün AzTV-yə getmişdim. Mühafizə işçiləri qeydiyyat kağızım olmadığına görə məni içəri buraxmadılar və naəlac müəllifə zəng edib, üzrxahlıqla vəziyyəti dedim. Sanki buna bənd imiş kimi cavab verdi ki, gözlə, gəlirəm. Dediyi kimi, divanda oturub gözləməyə başladım. Hiss edirdim ki, yavaş-yavaş həyəcanlanıram. Gözlədiyim ziyalı insanın  qəfildən qarşımda peyda olub  təbəssümlə əl uzatması və divanda qarşımda əyləşməsi ilə bütün həyəcanım çəkilib getdi. Elə bil ki, illərdir tanıyırdı məni. Əvvəlcə, dərslərimlə maraqlandı. Sonra isə müasir mətbuatımızın vəziyyətindən, vətənin dar günündən, Qarabağsızlıqdan, Zəngəzursuzluqdan danışmağa başladıq. O danışdıqca mənə elə gəlirdi ki, həmsöhbətim hər sözü tələffüz etdikcə sanki ürəyini boşaldır, mənəvi rahatlıq tapırdı. Gözlərinə diqqətlə baxaraq ürəyindən keçənləri oxumaq istəyirdim. Amma bacarmırdım. Gözlərindəki həsrət pərdəsi çox qalın idi…

Xeyli danışdıq. Söhbətimizin sonunda müəllimlərə salam göndərdi. Bəlkə də, vətənpərvərlik birbaşa olaraq məhz vəfa, sədaqət kimi insani hisslərlə bağlıdır…

 

“Güllə səsinə açılan qapı”nın ilk səhifəsində bu sözlər yazılıb: “…Ölənimiz ölsün, qalanımız şərəflə yaşasın! Yaşasın ki, yurdumuzu, sərvətimizi, şərəfimizi qorusun, bayrağımızı uca tutsun!”

Nə qədər ki, sizin kimi qələmini silaha çevirən, sərrast sözü ilə mübarizə aparan vətəndaşlarımız, jurnalistlərimiz var bizim bayrağımız həmişə uca tutulacaq, Tamxil müəllim!

Deyirsiniz ki, biz Cənubi Azərbaycanı azad etmədən, Türk dünyasını birləşdirmək mümkün  olmayacaq. Qarabağın nicatı da Şimalla Cənubun birləşməsindən, Vahid Azərbaycan dövlətinin yaranmasından asılıdır. Bizim 50 milyonluq soydaşımız var. Bu qüvvəni birləşdirməliyik ki, heç bir xarici qüvvə öz iradəsini bizə diktə edə bilməsin.

Bilirəm, bir tərəfdən vətəndaşlıq mövqeyi, itkin torpaqlarımızın təəssübü sizə rahatlıq vermir. Digər tərəfdən isə yenə yüksək vətəndaşlıq ruhuna malik olmağınız “Nə  vaxtsa tarixi ədalət bərpa ediləcək, Azərbaycan artıq inkişaf mərhələsinə qədəm qoyub, bundan sonra bizi ancaq işıqlı günlər gözləyir”-deyə ürəyinizin ən dərin qatlarında düşünməyinizə səbəb olur. Mən optimistəm. Günəşin nə vaxtsa tapdaq altında olan torpaqlarımızda doğacağına inanıram. Siz də inanın. Biz Azərbaycanın bütövlüyünü birlikdə görəcəyik.  Mütləq görəcəyik!

Kənan Novruzov,
BDU-nun jurnalistika fakültəsinin III kurs tələbəsi

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO