Mətbəximiz Kanadada təbliğ olunur
Kanadada Azərbaycan mətbəxinə həsr olunan kitab işıq üzü görüb
Şölə Axundova Kanadada yaşayır. Bu günlərdə “Azərbaycan və dünya mətbəxindən 101 resept” adlı kitabı Kanadada işıq üzü görüb. Kitabın ərsəyə gətirilməsində məqsəd Azərbaycan mətbəxinin zəngin ənənələrini və eləcə də milli təamlarımızın hazırlanması qaydalarını kanadalılara təqdim etməkdən ibarətdir…
Nəzərə alanda ki, mənfur qonşularımız bizim təamlarımızı öz adlarına çıxaraq, bütün dünyaya erməni mətbəxinin nümunələri kimi təqdim etməyə çalışırlar, onda Şölə xanımın bu xidmətinin nə qədər böyük olduğunu anlamaq olar. İngilis dilli oxucular üçün nəzərdə tutulan bu kitab, artıq Amazon. Com satış platformasında və eləcə də Kanadanın kitab mağazalarında oxuculara təqdim olunub.
Elman Eldaroğlu,
ABŞ, Miçiqan