Sosial 24.06.2019 13:23

İşığa qoyulan limit artırılır

İki ay öncə dövlət başçısının qərarı ilə təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak limiti 1700 kubmetrdən 2200 kubmetrə qaldırıldı. Əhalinin qış aylarında təbii qaza tələbatının yüksək olması və bu səbəbdən illik limitin keçilməsi ilə bağlı kommunal xərclərinin artmasını nəzərə alan hökumət bu addımı atdı.
Rakus.az xəbər verir ki, Hazırda isə yay fəslinin anomal istilərində insanların evdə və iş yerlərində kondisionerləri işə salması elektrik xərclərini  hiss  olunacaq dərəcədə artırıb. Bir çoxları isə aylıq elektrik xərclərini ödəməkdə çətinlik çəkdiyindən evdə, ofisdə kondisioner yandırmaqdan imtina edir. Bu insanların həyat şəraitinin yaxşılaşdırılması və rifahının təmin olunması üçün həm iqtisadçı ekspertlər, həm də deputatlar aylıq elektrik limitinin artırılmasını təklif edirlər. Həmçinin 3 aylıq yay mövsümü dövründə limitin ləğvini təklif edənllər də var.
Qeyd edək ki, hazırda əhali qrupu üzrə aylıq elektrik enerjisi istehlakı 300 kilovat-saatadək olan istehlakçılar üçün tarif 7 qəpik, aylıq istehlak həcminin 300 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.
Deputat Fazil Mustafa bildirib ki, hökumətin bu istiqamətdə müəyyən addım atacağı gözləniləndir: “Milli Məclisin sonuncu iclasında mən məhz bu məsələyə toxunmuşdum ki, insanların elektrik enerjisindən istifadə ilə bağlı müəyyən problemləri var və bu limitin də müəyyən qədər qaldırılmasına ehtiyac var. Elektrikdə limit aylıq olduğu üçün il ərzində təsir etmir, ancaq yay aylarında təsirini göstərir. Hökumət bunun üzərində yəqin ki, düşünür, müəyyən addımlar atıla bilər.
Son zamanlar vətəndaşların maraqlarını nəzərə alaraq prezident tərəfindən atılan addımlara nəzər salsaq bu da mümkün variantlardan biridir. Biz bu məsələni qaldırmışıq, hazırda aktualdır. Hesab edirik ki, bu limit ən azı yay aylarına şamil edilə bilər. Ən azı 3 ay müddətində insanların elektrik enerjisindən rahat istifadəsi üçün limit götürülə bilər. Belə bir addım atılsa vətəndaşın rifahında da öz təsirini göstərəcək”.
Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, Xəzəryanı ölkələr arasında ən bahalı elektrik enerjisi Azərbaycana məxsusdur: “Əgər biz özümüzü qonşu ölkələrlə müqayisə ediriksə, o zaman Ermənistanla, Gürcüstanla, Moldova ilə deyil, Rusiya, Qazaxıstan, Özbəkistan və Türkmənistanla, İranla müqayisə etməliyik. Bu ölkələr də bazar iqtisadiyyatına uyğunlaşıb. Elektrik məsələsində də ilk növbədə bu xidmətin maya dəyəri əsas götürülür, ikincisi də, əhalinin əlçatanlığının təmin olunması nəzərə alınır. Tarifləri qaldıranda bir neçə nəfəri televiziyaya çıxarıb izah edirlər ki, Avropada elektrik enerjisi daha bahadır, 1 kilovatt elektrik enerjisinin qiyməti 25 sentdir. Ancaq heç kim demir ki, avropalı 5 min avro əməkhaqqı alır. Ona görə də, sadaladığım Xəzəryanı ölkələr arasında ən bahalı elektrik enerjisi Azərbaycandadır”.
İqtisadçı alim Vüqar Bayramov da əhali üçün elektrik enerjisinə tətbiq edilən limitlərin artırılmasının tərəfdarı olduğunu bildirib: “Azərbaycanın mövcud iqtisadi durumu və xüsusən də 2017-ci ildə iqtisadi stabilliyin əldə edilməsi nəticədə kommunal xidmətlərin daha ucuz təklif edilməsinə imkan verir. Elektrik enerjisinin istehsalında ciddi artımlar müşahidə olunub. Elektrik enerjisinin istehsalı da nəticədə kommunal xidmət olaraq elektrik enerjisinin daha ucuz qiymətə və daha artırılmış limitlər daxilində təklif edilməsinə imkan verir. Azərbaycan iqtisadiyyatında artım tempinin bərpa edilməsi, neftin qiymətinin məqbul səviyyədə olması işığın limitinə baxılması və onun artırılması üçün baza formalaşdırıb”. (Musavat.com)

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO