Sosial 24.06.2019 14:47

“Pir”: Ağacdan alt paltarı asırlar  - FOTO

Bir müddət əvvəl Azərbaycanda sonradan “Qaloş piri” adı verilən xürafata inananların ardınca, daha bir “pir” biabırçılığı ortaya çıxıb.

Rakus.az xəbər verir ki, bu “pir” Xaçmazın Vələmir kəndi yaxınlığında yerləşir.
İnsanlar buradakı ağacdan alt paltarı asaraq, şəfa diləyirlər.

Yerli əhali Şeyx Ömər Baba adlı şəxsin və Şeyx nəslindən olan daha iki nəfərin məzarının yerləşdiyi ərazini pir adlandırır.

Bəziləri buranı “Dəli piri” kimi tanıyır. Bunun səbəbi pirə gətirilən əl-qolu bağlı bir gəncin əhvalatı ilə bağlıdır.

Deyilənə görə, gəncin ciddi psixi problemləri olub və cəmi bir gecə buradakı məzarın yanında yatmaqla şəfa tapıb, sağalıb. Əhali inanır ki, bu pirin ən böyük özəlliyi psixi xəstələrə şəfa verməsidir. Xaçmaz-Xudat zonasında yaşayan dindarlar xəstələri sağaltmaq üçün tez-tez buraya gətirirlər.

Nəinki regionlardan, Bakıdan, Rusiyadan, hətta Dağıstandan belə bu pirə gəlib şəfa diləyənlər var.

Alt paltarlarını ağacdan asıb şəfa diləyirlər

Pir meşəlik ərazidə yerləşir. “Əsas” ağacın altında Şeyx Ömər Babanın məzarı yerləşir. İnsanlar bu piri ziyarətə gələrkən özləri ilə əski, parça, alt paltarları, üst geyimləri, papaqlar, uşaq əmzikləri, yaylıq və papaqlar gətirir. Dilək diləyib, həmin əşyaları ağacın budaqlarına ilişdirib gedirlər.

Təmiz paltarlar, təmiz arzular, tez tapılan “şəfalar”

Ağac budaqlarının üzərində, altında, yaxınlığında çoxsaylı maykalar, yaylıq və əskilərə rast gəldik. Asılan alt paltarlarının təmiz olması isə başqa bir qəribəlik yaradır. İlk dəfə pirə ziyarətə gəldiyimiz üçün buranın təmizliyindən məsul olan şəxsdən bizə yardım etməsini istədik.

Nəzarətçinin dediyinə görə, insanlar üç dəfə ağacın başına fırlanıb, məzar daşlarına hörmət əlaməti olaraq təzim edib, öpməli, daha sonra isə niyyət etdikləri əskini, alt paltarını ağaca asmalıdırlar. Adının İsgəndər olduğunu deyən nəzarətçi bildirir ki, insanlar daha çox həftənin çərşənbə və şənbə günləri piri ziyarətə gəlir:

“Belə tək-tək qurban deyən, şəfa diləyən insanlar gəlirlər, niyyət edib gedirlər. Əsasən, həftənin çərşənbə və şənbə günləri pirə daha çox insan gəlir. Camaat gətirib paltar, əski, mayka asır.

Demək olmur ki, gətirib asma, ürəyindən keçir, niyyət edir. Arasında təmiz olanlar da var, olmayanlar da. Təmiz olanların diləkləri, yəqin, tez həyata keçər, çünki ehtiyacı olan götürüb istifadə edir, savabdır.

Elə olur ki, ziyarətgaha gələn insan bir başqasının niyyət etdiyi paltarı da götürüb gedib. Şeyx Ömər Baba və ailəsi İrandan gəlib və qardaşları ilə bərabər burada yaşayıb. Kənd camaatı deyir ki, qardaşlar istər yaşadıqları dövrdə, istərsə də vəfat etdikdən sonra bizim kimi sadə insanların arxa-dayağı olublar. Ən azından sadə adamlar onlardan mənəvi qida alıb. İnsanlar ziyarətgahları özlərinə görünməz arxa-dayaq bilir. Gəlmişkən siz də niyyət edin, ziyarətiniz qəbul olsun”.

Ziyarətgaha əl uzadanın ağzı-burnu əyilib

Belə bir rəvayət var ki, 1970-ci  illərdə Xaçmaz rayon  Partiya  Komitəsinin Birinci katibinin göstərişi ilə Şeyx  Ömər Babanın  ziyarətgahına aparan yolda köndələn xəndək qazılır ki, ziyarətçilər keçib gedə bilməsinlər. Həmçinin, pirdəki qab-qacaq yük maşınına yüklənərək, Sumqayıt şəhərindəki util zavoduna göndərilir.

İnsanlar inanır ki, Allahın qəzəbi özünü çox gözlətməyib. Elə  həmin gecə katibin ağzı əyilib. Həkimlər çox müalicə etsələr də, faydası olmayıb. Əlacsız  qalıb, Vələmir  kəndinə, Ömər Babanın nəslindən olan Məhəmməd kişinin evinə üz tutub. Katib ondan üzr istəyərək, ağzının düzəlməsi üçün dua etməsini istəyib.

Məhəmməd kişi babalarından qalan əsanı onun üzünə sürtüb və ziyarətə aparıb. Nəhayət, yolu düzəldib, qabları yerinə qaytarandan sonra katibin ağzı düzəlib.

“Ziyarətçilər övliyanın kəramətindən faydalanır”

İddialara görə, burada dilək tutanların niyyəti övliyanın duası ilə tez hasil olur. Bu mövzuda çox əhvalatlar gəzir. 2002-ci ildə Paşa Yaqubun qələmə aldığı “Övliyaların məskəni Quba mahalı” adlı kitabda da bu pirin adı keçir. Deyilənə görə, kitabda istifadə edilən materialların hər biri niyyət edib, şəfa tapan insanların öz dilindəndir. Onlardan bir neçəsinin əhvalatını sizə olduğu kimi təqdim edirik:

Bəyova Həzrə Bəxtiyar qızı – Xaçmaz rayonu,Vələmir kənd sakini, Şeyxin törəməsi: 

“Ailə qurmağımdan beş il keçməsinə baxmayaraq, övladımız olmurdu. Müalicənin də xeyri yox idi. Bir gün bir görücünün yanına gedib, ondan məsləhət istədim. Dedi, sənin arxanda böyük bir övliya dayanıb, niyə ondan yardım istəmirsən? Dedim, o, mənim ulu babamdır, həkimə getməzdən əvvəl onu ziyarət edirəm. Dedi, sənin bu cür hərəkət etməyin babanın xoşuna gəlmir. Çünki, o, səni tək müalicə etmək istəyir, həkimsiz.

Evə qayıdandan sonra maraqlı bir yuxu gördüm. Gördüm, Ömər babamın məzarının yanındayam, babam əlində su bardağı tutub, hansı ki, həmin bardaq həmişə məzarın üstündə olur. Mənə dedi: “Mənim xəstə balam, gəl, səni müalicə edim”. Belə deyib, məzarın üstündəki daşı üzümə, sinəmə sürtdü. Bu vaxt yuxudan ayıldım. Sabahı gün ziyarətə getdim. Bir müddətdən sonra hamilə qaldım və qızım Yaqut dünyaya gəldi”.

Müxubəliyev Cəlal Müxubəli oğlu – Xaçmaz rayon Hacalıbəy kənd sakini: 

“Uzun müddət idi ki, təzyiqdən  əziyyət çəkirdim. Tez-tez təzyiqim 180-200-ə qalxırdı. Müxtəlif həkimlərə müraciət etmişdim, deyirdilər ki, qorxudan, ya da stresdən yaranıb. Uzun müddət müalicələr alsam da, xeyri olmurdu, arabir təzyiq qalxıb məni pis vəziyyətə salırdı. Bir gün bir qoç qurbanı götürüb Vələmir kəndinə – Şeyx Ömər Babanın ziyarətinə getdik. Qurbanı kəsib, “Quran” oxudandan sonra mən orada yatdım. Və həmin gündən 5-6 il keçib, hələ də təzyiqim qalxmayıb”.

Kənd sakinlərinin fikrincə, babalar adi adamlar olmayıblar. Deyilənə görə, Şeyx Ömər Babanın Mürşid və Cümşüd adında iki oğlu olub. Onlar da atalarının yolunu davam etdirdiklərindən, xalq arasında “Şıx” təxəllüsü ilə tanınıblar. Şıx Cümşüdün oğlu Şıx Qasım Babanın da qəbri Ömər Babanın qəbrinin yanındadır. Şeyxin törəmələri isə bu gün də Vələmir kəndində yaşayırlar. (Oxu.az)

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO