Sosial 25.06.2019 12:39

Qismətinə İlahi uğurdan pay düşən insan 

 

Haqqında söhbət açmaq istədiyim Hüseynbala Mirələmov ikinci dünya müharibəsində zəfər çalan sovet hökumətinin ilk dəfə qeyd etdiyi 9 may Qələbə bayramından qırx yeddi gün sonra dünyaya gəlib. Ucqar Lerik rayonunun Nuravud kəndində zəhmətkeş ailəsində, halal süfrənin ətrafında böyüyüb boya-başa çatıb. Bütün kənd uşaqları kimi meşədən odun da gətirib, mal-heyvan da otarıb. Amma necə deyərlər, kitab əlindən düşməyib, mütaliə etməkdən yorulmayıb. Orta məktəbi gümüş medalla bitirib. Azərbaycan Politexnik İnstitutuna iki “5”-lə qəbul olunub və əla qiymətlərlə də başa vurub. Altı il “Azərbaycan pioneri” qəzeti redaksiyasında baş ədəbi işçi vəzifəsində çalışsa da, 1971-ci ildən öz ixtisası üzrə işləməyə başlayıb. Azərbaycan Qazlaşdırma Komitəsinin 4 saylı Qaz tikinti-quraşdırma idarəsində iş icraçısı, baş mühəndis vəzifələrində çalışıb. İşgüzarlığını, bacarığını nəzərə alıb, 35 yaşı olanda onu həmin idarəyə rəis təyin ediblər. Sovet dönəmində vəzifədə olanların orden alması elə də asan məsələ deyildi. Onun təltif olunduğu “Qırmızı Əmək Bayrağı” ordeni o vaxt “Lenin” ordenindən sonra ən nüfuzlu ordenlərdən biri sayılırdı…

Şübhəsiz ki, insanın nailiyyət qazanmasında onun bacarıq və əzmkarlığından başqa İlahinin uğuru vacib məsələdir. Bu uğur qismətində olmadıqda insanın bacarıq və əzmkarlığı da nəticəsiz qalır. Yəqin ki, hansısa əməllərinə görə Yaradan bu uğuru ondan əsirgəməyib və onun vəzifə pillələrində irəliləməsinə yol açıb. Bəli, Tanrının izni olmasaydı ucqar dağ rayonunda, əlçatmaz, ünyetməz kənddə doğulub böyüyən bir insan “Azərqaztəmirtikinti” trestinin rəisi vəzifəsindən Azərbaycan Dövlət Yanacaq Komitəsi sədrinin birinci müavini, Azərbaycan Qaz Emalı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifələrinədək yüksələ bilməzdi…

Deyir ki,- “İnstitutun birinci kursunda oxuyanda yazılarımı “Azərbaycan pioneri” qəzetinə aparırdım. Allah rəhmət eləsin, bir baş redaktor var idi, Əmrah müəllim, mənə dedi ki, sən gəl bizdə ştatda işlə. Gündüz növbəsində oxusam da, dərsdən çıxan kimi ora gedirdim. Qəzetin ədəbiyyat şöbəsinin işlərini mən aparırdım. Düzdür, rəhmətlik Hikmət Ziya şöbənin rəhbəri idi, amma xəstə olduğu üçün işə nadir hallarda gəlirdi. İnstitutu bitirənə kimi o şöbəyə mən rəhbərlik etdim. Sonradan qırmızı xətti keçmək istəyən bəzi tanınmış jurnalistlərə, baş redaktorlara yarızarafat-yarıciddi deyirdim ki, sizə o qəzetdə xəbər, oçerk, məqalə yazmağı mən öyrətmişəm. İnstitutu bitirəndən sonra əsgər getdim, qayıdandan sonra isə qəzetdə deyil, öz ixtisasım üzrə çalışdım”…

O vaxtdan bu vaxta bədii yaradıcılıqla da məşğul olur. İndiyədək iyirmiyə yaxın kitabı işıq üzü görüb. Bir sıra əsərləri müxtəlif dram teatrlarında səhnələşdirilərək tamaşaçılara təqdim olunub. “Qızıl qələm”, “Qızıl dərviş”, “Qızıl buta”, “Abdulla Şaiq” və “Rəsul Rza” mükafatları laureatıdır…

Bir siyasətçi kimi də qismətinə İlahi uğurdan pay düşüb, artıq bir neçə ildir ki, Milli Məclisin deputatıdır. Bu gün, iyunun 25-i Onun doğum günüdür. Dünya malından hər nə desən varıdır. Ona möhkəm can sağlığı, firəvan həyat, ağrı-acısız günlər arzulayıram.

Doğum gününüz mübarək, Hüseynbala müəllim!

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

XƏBƏR LENTİ
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO