İqtisadi 25.06.2019 18:23

Iqtisadiyyata 260 milyard dollardan artıq investisiya yatırıldı –Nazir - FOTO

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində Azərbaycan-Monteneqro Biznes Forumu keçirilib.

Rakus.az xəbər verir ki, tədbirdə hər iki ölkə hökumətlərinin yüksək vəzifəli rəsmiləri ilə yanaşı, iqtisadiyyatın müxtəlif sahələri üzrə fəaliyyət göstərən iş adamları iştirak edib.

Forumun açılış tədbirindən əvvəl Azərbaycan Respublikası Hökuməti və Monteneqro Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan tərəfindən həmsədri – Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Monteneqro Respublikasının Baş Naziri Duşko Markoviçi və digər qonaqları Forumda təqdim edilən Azərbaycan stendi ilə tanış edib, ölkəmizin iqtisadi inkişafı, ixrac imkanları, mühüm iqtisadi layihələri və s. barədə məlumat verib.

Forumun açılışında çıxış edən S.Babayev hər iki tərəfin işgüzar dairələri arasında baş tutacaq bugünkü görüşün Azərbaycan və Monteneqronun iqtisadi əməkdaşlığının sərhədlərini daha da genişləndirəcəyinə və hər iki dövlətin biznes potensialının inkişafı üçün yeni imkanlar yaradacağına ümidvar olduğunu deyib. Nazir Azərbaycanın Monteneqroda ən böyük investorlardan biri olduğunu deyib, Azərbaycan şirkətləri və investorlarının fəaliyyətinin həyata keçirilməsi üçün əlverişli mühitin yaradılması və saxlanılmasına görə Monteneqro hökumətinə təşəkkürünü ifadə edib. O, bank, energetika, turizm və digər sahələrdə yeni layihələrin həyata keçirilməsi barədə də davamlı danışıqlar aparıldığını, Monteneqronun Herseq-Novi şəhərində “Azmont İnvestments” şirkəti tərəfindən turizm kompleksinin tikintisi işləri davam etdirildiyini, 2016-cı ildən Monteneqroda Azərbaycan bankı olan Nova Bank fəaliyyət göstərdiyini qeyd edib.

İki ölkə arasında ticarət əlaqələrinin inkişaf etdirilməsinin iqtisadi əməkdaşlığın əsas istiqamətlərindən biri olduğunu deyən nazir bu sahədə dinamik artım tempini statistik məlumatlar əsasında diqqətə çatdırıb. Bildirib ki, əsas məqsəd ticarət həcmini daha da artırmaq və onun strukturunu şaxələndirməkdir. Azərbaycan-Monteneqro Hokumətlərarası Komissiyası bu istiqamətdə ciddi işlər aparacaqdır ki, bu da öz növbəsində ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına yeni təkan verəcəkdir.
Nazir ümummilli lider Heydər Əliyevin müdrik siyasi kursunun 2003-cü ildən etibarən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. O bildirib ki, iqtisadi və sosial sahədə mühüm nailiyyətlər əldə edən Azərbaycanın xarici iqtisadi əlaqələrinin coğrafiyası da genişlənib. Ölkənin ixrac imkanlarının artırılması, ticarətin əmtəə strukturunun təkmilləşdirilməsi məqsədilə sistemli tədbirlər həyata keçirilib. Bunun nəticəsidir ki, indiyə qədər Azərbaycan iqtisadiyyatına 260 milyard dollardan artıq investisiya yatırılıb ki, bunun da yarısı xarici investisiyaların payına düşür.

Ölkənin ixrac imkanlarının artırılması, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi, müxtəlif ölkələrdə Azərbaycan Ticarət Evlərinin yaradılması və s. sahələrdə aparılan işləri qeyd edən S.Babayev yaxın zamanda Monteneqroda da Azərbaycan Ticarət Evinin açılacağına ümid etdiyini deyib. O, bugünkü görüşün turizmin inkişafına da yeni təkan verəcəyini və bu sahənin nümayəndələrinin qarşılıqlı faydalı layihələri müzakirə edə biləcəklərini diqqətə çatdırıb.

S.Babayev bildirib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasət və görülmüş işlər nəticəsində cari ilin birinci rübündə ölkəmizdə ümumi daxili məhsul 3 faiz artıb və bu, son bir neçə il ərzində ən yüksək göstəricidir. Sənaye istehsalında 4,4 faiz, qeyri-neft sektorunda sənaye istehsalında 15,6 faiz, kənd təsərrüfatında 3,6 faiz, əhalinin gəlirlərində isə 5,5 faiz artım özünü göstərib. İnflyasiya aşağı səviyyədə – 2,1 faizdir. Ölkə iqtisadiyyatına 2,8 milyard dollar sərmayə yatırılıb, bunun 2 milyardı ölkəmizin qeyri-neft sektoruna yatırılıb. Cari ilin fevral ayının sonuna ölkəmizin valyuta ehtiyatları 47 milyard $-a yaxın olub.

Son illər ölkəmizdə qeyri-neft sektorunun davamlı və rəqabətqabiliyyətli inkişafı istiqamətində görülən mühüm işləri diqqətə çatdıran nazir Azərbaycanın xarici investorların fəaliyyəti üçün əlverişli investisiya məkanına çevrildiyini vurğulayıb. O, Azərbaycanda həyata keçirilən iqtisadi islahatların müsbət nəticələrinin beynəlxalq maliyyə qurumlarının hesabatlarında da öz əksini tapdığını, Dünya Bankı tərəfindən hazırlanmış “Doing Business” hesabatına əsasən 2018-ci ildə 57-ci yeri tutan Azərbaycanın 2019-cu ildə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşdığını deyib. Bildirib ki, Azərbaycan hesabat göstəricilərini yaxşılaşdırmış 10 ölkədən biri olub. Həmin 10 ölkə əsasən biznesin başlanması, kredit almaq və vergilərin ödənilməsi sahəsində 62 islahat həyata keçirib. Azərbaycan 10 göstəricinin 8-i üzrə islahatlar apararaq öz mövqeyini yaxşılaşdırıb və islahatların sayına görə dünyada birinci yeri tutub.

S.Babayev Azərbaycanla Monteneqro arasında iqtisadiyyatın bir çox sahələrində əməkdaşlıq imkanlarının geniş olduğunu vurğulayıb, hər iki ölkənin işgüzar dairələrini bu imkanlardan yararlanmağa və qarşılıqlı faydalı birgə layihələri həyata keçirməyə dəvət edib, biznes forumun bütün iştirakçılarına uğurlar arzulayıb.

Monteneqronun Baş Naziri Duşko Markoviç çıxış edərək, iki ölkə arasında dostluq münasibətlərinə əsaslanan əməkdaşlıq əlaqələrinin getdikcə genişlənməsinin məmnunluq doğurduğunu qeyd edib. O, Monteneqro iqtisadiyyatına investisiya qoyuluşuna görə Azərbaycanın ön sıralarda dayanan ölkə olduğunu diqqətə çatdırıb. Ölkəsinin Azərbaycanla bütün sahələrdə əlaqələrin inkişafına xüsusi önəm verdiyini və gələcəkdə ikitərəfli əməkdaşlığın daha geniş miqyas alacağına əminliyini bildirib.

D.Markoviç və digər çıxış edənlər hazırkı Forumun, eləcə də Azərbaycan Respublikası Hökuməti və Monteneqro Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın bu gün Bakıda keçiriləcək ikinci iclasının qeyd olunan sahədə növbəti irəliləyişlərə imkan yaradacağını vurğulayıb.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO