İqtisadi 25.06.2019 18:50

Monteneqro ilə ikinci iclası keçirildi - FOTO

Bakıda Azərbaycan Respublikası Hökuməti və Monteneqro Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın ikinci iclası keçirilib. İclasın yekunlarına dair protokol imzalanıb. Birgə Komissiyanın həmsədrləri – Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və Monteneqro Respublikasının İqtisadiyyat naziri xanım Draqitsa Sekuliçdir.

Rakus.az xəbər verir ki, iclasda S.Babayev iki ölkə arasında 11 il əvvəl qurulan əlaqələrin inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə çatdığını, Monteneqronun Azərbaycanda Diplomatik Nümayəndəliyinin (2019-cu ilin aprel) açılışının bütün sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə və inkişafına təkan verəcəyini qeyd edib. O bildirib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn müvafiq normalarına və dövlətlərin ərazi bütövlüyü çərçivəsində ədalətli həlli ilə bağlı Monteneqronun mövqeyini yüksək qiymətləndirir. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20% -i işğal edilib və 1,2 mln. vətəndaşımız qaçqın və məcburi köçkün olub. Azərbaycan münaqişənin beynəlxalq hüquq normaları və prinsipləri, BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri çərçivəsində həllini dəstəkləyir. Bu məqsədə nail olmaq üçün Azərbaycanın işğal olunmuş əraziləri qeyd-şərtsiz azad edilməlidir, bu ərazilərdə Azərbaycanın suverenliyi tamamilə bərpa olunmalı və məcburi köçkünlər öz doğma torpaqlarına qayıtmalıdırlar.

S.Babayev vurğulayıb ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə mühüm tarixi nailiyyətlər əldə edən Azərbaycan bu gün eyni zamanda Avropanın müasir dəyərlərini və Şərqin zəngin ənənələrini özündə birləşdirən yeganə cəmiyyətə malikdir. Cəmiyyətimizin bu xüsusiyyətləri Xəzər dənizi regionunda, eləcə də Mərkəzi Asiya ölkələrində Avropa dəyərlərinin inkişafında vacib rol oynayır. Bu baxımdan Avropanın vacib və etibarlı tərəfdaşı olan Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfəsini vermək üçün enerji ixracat marşrutlarını diversifikasiya edib. Azərbaycan və Monteneqro arasında əməkdaşlığa dair 17 sənəd imzalanıb, daha 5 layihə də hazırlanır.

Sərmayə və ticarət sahəsində əməkdaşlığın ikitərəfli iqtisadi münasibətlərdə əhəmiyyətini vurğulayan, Azərbaycanın Monteneqro üzrə 45,04 milyon avro ilə üçüncü böyük investor olduğunu qeyd edən nazir investisiya qoyuluşları sahəsində görüləcək işləri də diqqətə çatdırıb. O, 2019-cu ilin 4 ayı ərzində ölkələrimiz arasında ticarət dövriyyəsinin çox ciddi şəkildə artdığını, lakin bu dövriyyənin mövcud potensialı əks etdirmədiyini, bu sahədə mühüm addımlara, o cümlədən biznes mühitinin və iqtisadi maraqların qarşılıqlı araşdırılmasına ehtiyac olduğunu bildirib. S.Babayev hazırda keçirilən Azərbaycan-Monteneqro biznes forumunun biznes dairələri arasında əlaqələrin daha da möhkəmlənməsinə müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib. O, iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün nəzərdə tutulan layihələri diqqətə çatdırıb. Dövlət idarəetmə, informasiya texnologiyaları, nəqliyyat, kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığın dərinləşdirilməsi üçün işlərin davam etdirildiyini bildirib.

Xanım D.Sekuliç ölkəsinin Azərbaycanla olan dost münasibətlərinin iki ölkə arasında bütün sahələrdə əlaqələrin geniş miqyas almasına səbəb olduğunu qeyd edib. O, bir çox sahələri əhatə edən əməkdaşlıq təcrübəsindən bəhs edərək, mövcud potensial müqabilində əməkdaşlığın genişlənməkdə davam edəcəyinə ümidvar olduğunu, bu istiqamətdə böyük perspektivlərə doğru məqsədyönlü işlərin aparıldığını bildirib. Xanım D.Sekuliç ilk iclasın müsbət nəticələrini, əməkdaşlıq müstəvisində birgə layihələri və bu sahədə gələcək prioritetləri qeyd edib, hazırda keçirilən icasın səmərəli nəticələrinin olacağına əminlik ifadə edib.

İclasda ticarət, investisiya qoyuluşu, sənaye, enerji, nəqliyyat, kommunikasiya və İKT, əmək və sosial müdafiə, təhsil, kənd təsərrüfatı, turizm, mədəniyyət, ətraf mühitin mühafizəsi və digər sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişafına dair müzakirələr aparılıb.

S.Babayev və D.Sekuliç iclasın yekunlarına dair protokolu imzalayıblar.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO