Mətbuat 26.06.2019 12:51

Əməkdar jurnalistlə bağlı başsağlığı verildi

Mətbuat Şurası Əməkdar jurnalist İsrafil Məmmədovla bağlı nekroloq imzalayıb.

Rakus.az xəbər verir ki, şuradan verilən məlumata görə, nekroloqda deyilir:

“Azərbaycanın görkəmli alimi, “Sovet Ermənistanı” qəzetinin sonuncu baş redaktoru, tarix elmləri namizədi, tanınmış yazıçı, tarixçi, publisist, ictimai-siyasi xadim, Əməkdar jurnalist, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı İsrafil Məmmədov 2019-cu il iyunun 25-də 92 yaşında dünyasını dəyişib.

İsrafil Süleyman oğlu Məmmədov 1927-ci ildə Zəngəzur mahalının Meğrı rayonunun Əmrəkar kəndində anadan olub. Həmin kəndin məktəbini qızıl medalla bitirərək bir müddət orada müəllimlik edib. Sonra rayon qəzetində işləyib və paralel olaraq rayon radiosunun aparıcısı olub. Meğrı rayon komsomol komitəsinin birinci katibi vəzifəsində çalışıb.

Ali Partiya Məktəbini bitərdikdən sonra 1955-1990-cı illərdə “Sovet Ermənistanı” qəzetində işləyib, qəzetin sonuncu baş redaktoru olub.

İ.Məmmədov Ermənistanda müxtəlif yüksək vəzifələrdə xalqını ləyaqətlə təmsil edib, təhsil nazirinin müavini, Respublika “Bilik” Cəmiyyəti İdarə Heyəti sədrinin müavini, Jurnalistlər İttifaqı sədrinin müavini, EA Tarix İnstitutunda “Ermənistanda Azərbaycan mətbuatı tarixi” üzrə baş məsləhətçi vəzifələrində çalışıb. 1964-cü ildən həm də İrəvan Pedaqoji İnstitutunda dərs deyib.

1972-ci ildə “Ermənistanda Azərbaycan mətbuatı” mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb, 5 dissertasiyanın rəsmi opponenti, 17 elmi əsərin redaktoru, 4 dissertasiyanın elmi rəhbəri olub.

Azərbaycanlıların yaşam fəlsəfəsi, ictimai fikir tarixinə dair İrəvanda erməni və rus dillərində ensiklopediyada 8, jurnallarda 32, qəzetlərdə 185, Azərbaycan dilində 200-dən çox elmi-publisistik məqalənin müəllifidir. Dövri mətbuatda xeyli sayda hekayələri dərc olunub, dünya ədəbiyyatından bir çox səhnə əsərlərini ana dilimizə tərcümə edib.

İ.Məmmədov 1988-ci ildə Qarabağ münaqişəsinin başlanması ilə əlaqədar 1990-cı il yanvarın 19-da ailəsi ilə birgə doğma yurdu tərk etmək məcburiyyətində qalıb, Bakı şəhərinə pənah gətirib. O, Azərbaycanlıların soyqırımı haqqında ulu öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanından sonra Azərbaycan və Türkiyədə lentə alınmış, indi də nümayiş etdirilməkdə olan 12 sənədli filmin baş məsləhətçisi, aparıcı çıxışçısı olub. Azərbaycan radiosunda indiyə qədər erməni dilində 2680, Azərbaycan dilində 1145 elmi-analitik məqaləsi səsləndirilib. 1991-ci ildən Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində “Erməni redaksiyası”nın müdiri işləyib.

Azərbaycan Respublikası Prezidentinin 25 may 2012-ci il tarixli Sərəncamı ilə İsrafil Məmmədov 2012-ci il üçün Azərbaycan Respublikasının elm sahəsində Dövlət Mükafatına layiq görülüb.

İsrafil Məmmədovun əziz xatirəsi, xalqımız və dövlətimiz qarşısındakı xidmətləri unudulmayacaqdır.

Allah rəhmət eləsin!”

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO