Sadıqova erməni sevgisi göstərildi
Norveçdəki erməni diasporunun nümayəndələri polkovnik İsa Sadıqovu Novruz bayramı münasibətilə təbrik ediblər.
Rakus.az xəbər verir ki, bu günlərdə Oslo şəhərində fəaliyyət göstərən Erməni-norveç ittifaqının nümayəndələri Azərbaycanın “görkəmli hərbi-siyasi xadimlərindən biri”, müdafiə nazirinin keçmiş müavini polkovnik İsa Sadıqovla görüşüblər.
Bu barədə Ermənistanın “Qolos Armenii” (“Ermənistanın səsi”) saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, erməni diasporu nümayəndələri İ.Sadıqovu Novruz bayramı münasibətilə təbrik edib və ona gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Öz növbəsində İsa Sadıqov erməni diaspora nümayəndələrinə təbrikə görə minnətdarlığını bildirərək xoş sözlər və dəstəyə görə onlara təşəkkür edib. O, həmçinin diaspora nümayəndələrini əmin edib ki, öz ölkəsi və iki xalq arasında sülhün bərpa olunması naminə gələcəkdə də öz “haqq” işini davam etdirəcək.
PS. Guya mühacirətdə yaşayan İsa Sadıxovun ermənilərin ona olan bu diqqət və sevgisindən xoşhal olduğu aydın sezilir. Erməni təbliğat maşını isə onun bu “sədaqətindən” uğurla bəhrələnir və bu görüşdən anti- Azərbaycan təbliğatı üçün məharətlə istifadə edirlər.
Erməni versiyası:
http://golosarmenii.am/am/article/78129/nvorvyegiayi-hay-hamaynqi-nyerkayatsutsichnyere-shnvorhavvoryetsin-adrbyedjantsi-gndapyet-isa-sadikvovin-nvovruz-tvoni-arrthiv
Rus versiyası:
http://golosarmenii.am/article/78130/predstaviteli-armyanskoj-diaspory-norvegii-pozdravili-azerbajdzhanskogo-polkovnika-isu-sadykova-s-navruz-bajram