Təhlil 29.06.2019 23:39

Tramp-Xameneyi qarşıdurması – yeni müharibə avazı – TƏHLİL - FOTO

Prezident Donald Tramp keçən həftə İrana qarşı hücumu son anda təxirə saldıqdan sonra Tehrana qarşı yeni sanksiyalar imzalayıb.

Rakus.az xəbər verir ki, bu dəfə ABŞ saksiyaları İranın ali dini rəhbərini hədəf alıb. Təhliçilər ABŞ -ın və beynəxalq ictimaiyyətin İranla gərginliyin azaldılması üçün atacağı addımları müzakirə edirlər.

Prezident Tramp keçən həftə İrana qarşı ABŞ sanksiyalarının yeni raundunu Birləşmiş Ştatların İran kəşfiyyatı tərəfindən istifadə edilən kompyuterlərə kiber hücumlar təşkil etdiyi haqda məlumatların verilməsinin ardınca elan etdi. Bu hücumları beynəlxalq qanunun pozulması adlandıran rəsmi Tehran sanksiyalara əhəmiyyət verməməyə çalışır.

Karnegi Beynəlxalq Sülh fondunun təhlilçisi Süzan DiMaccio: “İqtisadiyyat ağır durumdadır, işsizlik rekord səviyyədə yüksəkdir, inflasiya da eynilə. Buna görə də sanksiyalar zərər vurur və çox böyük zərər vurur.”

Tramp Administrasiyası 2015-ci ildə İran və dünyanın altı qüdrətli dövləti arasında imzalanmış nüvə sazişindən çıxaraq, əvvəlki sanksiyaları bərpa edib və hazırda rejimə qarşı yeni sanksiyalar tətbiq edib.

DiMaccio bildirib ki, bu addım itirilmiş fürsət deməkdir: “İndi Birləşmiş Ştatlar bu sanksiyaları tətbiq etdiyi zaman əsas məsələ odur ki, biz bunu hökumətin nüvə sazişinin şərtlərinə əməl etdiyi vaxt etmişik. Biz indi görürül ki, ictimai fikir dəyişir və insanlar Birləşmiş Ştatları günahlandırmaya başlayır. Beləliklə, biz İran xalqının ürəyini ələ almaq imkanını itiririk.”

Lakin başqaları İran iqtisadiyyatının tənəzzülə uğramasını Birləşmiş Ştatların istifadə edə biləcəyi üstünlük hesab edir.

Vest Poynt Müasir Müharibə İnstitutunda elmi tədqiqatçı Robert Skeylsun fikrincə, İran liderləri ehtiyatlı davranmalı olacaqlar: “Mən elə düşünürəm ki, İran liderləri gələn bir il yarım ərzində hakimiyyətdə qalmaq, Birləşmiş Ştatlarla Körfəzdə ara-sıra insidentlərdən başqa münaqişəyə getməmək və administrasiyasının dəyişməsini gözləməyə çalışır. Lakin Birləşmiş Ştatların siyasəti isə bundan ibarətdir: müharibə etməmək, onları iqtisadi cəhətdən sıxmaq, daxildə Yaşıl İnqilabın təkrar olmasına və rejimin süqutuna ümid etmək.”

Bu arada, tərəflər arasında söz müharibəsinin sonu görünmür. Prezident Tramp “Fox” telekanalına müsahibəsində İranla müharibə istəmədiyini deyib, lakin İslam Respublikası ilə hər hansı münaqişənin “çox uzun davam etməyəcəyini” əlavə edib.

İranın Ali dini rəhbəri Ayətullah Əli Xameneyi ABŞ-ın “dünyanın ən qəddar rejimi” adlandırıb.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO