Maraqlı 30.06.2019 08:45

BÜRCLƏR – 30 iyun

Qoç – bir sıra işləri kənardan yardım almadan həll etmək olar. Kiçik problemlərin çözümü, rutin məqamların həlli üçün əlverişli zamandır. İtkilərə yol verməyin. Mənasız risklərə, avantüralara aldanmayın.

Günün ikinci yarısında maliyyə məsələlərinin həllini başqalarına həvalə etməyin. Nikbin olun. Pis əhval sağlamlığınızda problemlər yarada bilər.

Yaxınlarınızla münasibətlərdə incikliyə yol verməyin. Onların nə istədiklərini anlayandan sonra hansısa qərar verin. İllüziyalara qapılmayın. Düşünmədən addım atmayın.

Buğa – şübhələndiyiniz məsələlərin həllinə başlamayın. Bələd olmadığınız situasiyada çaşqın davranmayın. Yadların yanında təcrübəsiz insan təsiri bağışlamayın. Qüvvənizə və biliklərinizə güvənin.

Eksperimentlər, risk üçün uğurlu gündür.

Günün ikinci yarısında sizi avantüraya cəlb etmək istəyən insanlara aldanmayın. Yalanlar həmişə şirin kəlmələrə bürünür. Adi, rutin işlərdə praktiki davranış nümayiş etdirin.

Axşam saatlarını dəyər verdiyiniz insana həsr edin. Birgə arzuları reallaşdırmaq üçün əlverişli zamandır.

Əkizlər – çalışdığınız komandada effektiv fəaliyyətə can atın. Şəriklər və tərəfdaşlarla qarşılıqlı anlaşma səviyyəsini mütləq şəkildə yüksəldin. Önəmli görüşə gecikməyin.

Günün ikinci yarısında anlaşma və sazişlərin müzakirəsində mövqelərinizi açıq bildirin. Təfərrüatlarını bilmədiyiniz məsələlərin həllinə bələd insanların məsləhətlərinə qulaq asın.

Sevdiyiniz insanı axşam saatlarında təəccübləndirməyə çalışın. Hədiyyə verin.

Xərçəng – yaşamın müəyyən təfərrüatlarına diqqət yetirin. Narahatlıq, uğursuz şərtlər istisna deyil. İşgüzar aktivliyiniz ifrata varmamalıdır. Bir müddət fasilə edin. Yaxın gələcəklə bağlı planlarda dəyişikliklər zamanıdır.

Günün ikinci yarısında situasiyanı təhlil edin. Mübahisələr, durumun aydınlaşdırılması üçün müzakirələr vaxtınızı alacaq. Ailə üzvləriniz sözlərinizi yanlış anlaya bilərlər.

Axşam saatlarında gəzintiyə çıxın.

Şir – günün ilk yarısı intensiv fəaliyyət üçün əlverişlidir. Potensial və qüvvənizi dürüst qiymətləndirin. İllüziyalara qapılmayın. Qəflətən, nəzərdə tutulmamış şəkildə baş verən hadisələrin ardıcıllığı sizi qorxutmasın.

Günün ikinci yarısında ifrat mühafizəkarlığa varmayın. Başqasının dediklərindən, yad mövqedən asılı olmayın. Bütün bunlar gərəkli istiqamətdə hərəkətinizi ləngidəcək.

Axşam saatlarında stressdən qurtulmağa çalışın.

Qız – bol şanslar vəd edən gündür. İmkanlardan mütləq şəkildə yararlanın. Bir sıra hadisələr spontan yaşanacaq. Olayların gedişatından faydalanın.

Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün qətiyyətli və iradəli olun. Kiçik problemlər sizi yolunuzdan sapdırmasın. Təkbaşına işləməkdənsə kollektiv fəaliyyəti seçin.

İstiqamət, yön və ya layihələri təhlil etmək olar.

Axşam saatları etiraf, romantik anlar üçün əlverişlidir.

Tərəzi – tələbələr, abituriyentlər, səyyahlar üçün uğurlu zamandır. İstənilən işə başlamaq olar. Layihələri bir daha nəzərdən keçirin. Uğurlarınız bilavasitə çəkəcəyiniz zəhmətdən və inadınızdan asılıdır.

Günün ikinci yarısında sürətlə dəyişən situasiyaya uyğunlaşmağı bacarın. Adaptasiya önəmli məsələdir. Yetərincə məlumat əldə etməmiş seçimə başlamayın.

Axşam saatlarında yeni, maraqlı tanışlıqlar istisna deyil.

Əqrəb – işinizdən həzz almağa çalışın. Rutinlik və yeknəsəklikdən şikayətlənərək avantüralara başlamayın. Kommersiya və biznes üçün uğurlu zamandır.

Günün ikinci yarısında ağır maliyyə durumunda düşünülməmiş addımlar atmayın. Həmkarlarınızdan və ya şəriklərinizdən məsləhət istəyə bilərsiniz. Nəyisə soruşmaqdan çəkinməyin.

Borc məsələsinə yenidən baxmaq olar. Kreditlərin ödənişini gecikdirməyin. Yaxın ətrafınızdakı insanlarla münasibətlər qarşılıqlı etibar və anlaşmaya əsaslanmalıdır.

Oxatan – işlərin ənənəvi, adət etdiyiniz çərçivəsindən bir qədər kənara çıxın. Qorxmayın, cürətli olun. Şəxsi münasibətlərdə kobudluğa yol verməyin. Kiçik uğurlarla kifayətlənməyin. Böyük müvəffəqiyyətlərə can atın.

Günün ikinci yarısında bədgümanlıq etsəniz, rəqiblərinizdən geridə qalacaqsınız. Nüfuzlu insanlardan biri fəaliyyətnizlə maraqlanacaq.

Axşam saatlarını ailə üzvlərinə həsr edin.

Xudpəsəndlik, təşəxxüskarlıq etməyin.

Oğlaq – dostlardan birinin davranışı və sözləri sizi təəccübləndirəcək. Bu adam sizdən faydalanmaq, vəziyyətdən sui-istifadə etmək istəyir.

İşdə həmkarlarınızla normal davranın. Situasiyaya total nəzarət xülyalarını unudun.

Günün ikinci yarısı kollektiv fəaliyyət üçün münasibdir. Liderlik iddiasına düşməsəniz, hər şey yaxşı olacaq.

Axşam saatlarına yaxın yaxınlarınız sizə yardım etməyə çalışacaqlar. Onlara azad seçim imkanları yaradın. Yorğunluq, işgüzar aktivliyin azalması hissləri olacaq. Bir qədər dincəlin.

Dolça – günün ilk yarısında yaranan problemlərin qarşısında geri çəkilməyin. Qayğılar çoxdur, belədir. Amma onları həll etmək üçün potensialınız var. Əhvalınızı pisləşdirəcək olaylara qatılmayın. Mühüm işlərin həllində tələskənliyə yol verməyin.

Günün ikinci yarısında məqsədə çatmaq üçün bir az da aktivləşin. Tərəfdaş və ya şəriklə münasibətlərdə düşünülməmiş addımlar atmayın. Hissləriniz və emosiyalarınızla oynamaq istəyən insanın cəhdlərinin qarşısını sərt, amma mədəni şəkildə alın.

Balıqlar – yalnız öz qüvvənizə inanın. Fəaliyyətinizin yanlış olduğunu düşünsəniz, daha ciddi səhvlərə yol verərək geriləyə bilərsiniz. Bələd olmadığınız insana sirlərinizi etibar etməyin. Tərəfdaş və şəriklərlə effektiv qarşılıqlı anlaşmanı təmin edin.

Günün ikinci yarısında işdə rəhbərlik və həmkarlarla münasibətləri korlamayın.

Yaxın ətrafınızla münasibətlərdə komfort durumun yaradılmasına çalışın. Ailə üzvləri və qohumlarla qarşılıqlı iradlardan yayınmaq üçün müəyyən güzəştlərə getmək olar. (Milli.Az)

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO