Restoranda yeməkdən qurd çıxdı - VİDEO
Lənkəran sakini restoranlardan birində nahar edərkən xoşagəlməz halla rastlaşıb. Yediyi yeməkdən qurd çıxması onu xəstəxanaya müraciət etməyə vadar edib.
Rakus.az xəbər verir ki, rayonun Havzava kənd sakini Elsevər Həsənov qardaşı və iş yoldaşı ilə birlikdə nahar etmək üçün restoranlardan birinə üz tutublar. Lakin sifariş verdikləri toyuğun içindən diri qurdların çıxdığını görüblər. Hətta toyuğun içindən çıxan qurdlardan birini telefonla da çəkiblər.
Müştəri bu barədə restoran əməkdaşlarına məlumat versə də hər hansı tutarlı cavab ala bilməyib. Səhhətlərində hər hansı bir narahatlıq olmasa da gördükləri mənzərədən iyrəndikləri üçün mədələrinin yuyulması üçün xəstəxanaya müraciət ediblər.
Qida Təhlükəsizlik Agentiyi isə bu hadisəyə rəy bildirməməsi bir daha subut edir ki, Xan Lənkəran oteli və restoranı vəzifəli şəxsə məxsusdur. (Xəzərxəbər)