İqtisadi 30.06.2019 19:11

Dövlət rəsmiləri və sahibkarlar arasında şəbəkə qurulur - FOTO

İyunun 30-da Bakıda dövlət rəsmiləri, 100-dən çox kiçik və orta sahibkarlar arasında işgüzar şəbəkələşmələrin qurulması məqsədilə görüş keçirilib.

Rakus.az xəbər verir ki, tədbirdə çıxış edən “Majlis Business Network”un təsisçilərindən Şəmsi Bayramzadə qurumun iki illik fəaliyyəti və əldə etdiyi nailiyyətlər barədə ətraflı məlumat verib. Bildirib ki, tədbirin məqsədi kiçik və orta sahibkarlar arasında işgüzar şəbəkələşmələrin qurulması, sahibkarların fərdi və biznes modellərinin inkişafı, onların satışlarının yüksəlməsi, yeni bazarlarda üfüqlərin yaradılması imkanlarının nəzərdən keçirilməsidir.

Təşkilatın idarəçi tərəfdaşı Tamerlan İsmayılov isə qurumun vizyonu, gələcək missiyaları, sahibkarlar üçün növbəti 6 ayda baş tutacaq önəmli fəaliyyətləri haqqında ətraflı danışıb və təşkilatın yeni məhsulunu təqdim edib. O qeyd edib ki, “Majlis Business Network”un çoxdandır gözlənilən üzvlük proqramı sahibkarlar üçün xüsusi imkanlar yaradacaq.

T.İsmayılovun sözlərinə görə, “Kübar” və “Zadəgan” adlı üzvlük paketlərinin hər birinin özünəməxsus imkanlar vəd edən faydaları olacaq. Üzv olan şirkət sahibləri qapalı tədbirlərdə, dəyirmi masalarda, təşkilatın dövlət və özəl şirkətlərin rəhbərləri ilə görüşlərində iştirak edəcək, sponsor olmaq və başqa bu kimi geniş imkanlar əldə edəcəklər.

Müştərilər məhsullar haqqında ətraflı məlumatı qurumun rəsmi saytından (http://www.majlis.network) əldə edə biləcəklər. Tədbirdə iştirak edən dövlət rəsmiləri, ictimai şəxslər çıxışları zamanı qurumun bu günə qədər olan uğurlarından, fəaliyyətinin iqtisadi inkişafa göstərəcəyi faydalardan söz açıblar. Məclisin sonunda sahibkarlardan alınmış biznes kartlar vasitəsilə müsabiqə keçirilib. Qalib üç sahibkar hədiyyə olaraq üzvlük üçün xüsusi endirim kuponları əldə edib.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO