skip to Main Content
Sosial 28.03.2019 11:18

Modelyer Prezidentə müraciət etdi - FOTO - VİDEO

 

Azərbaycanın dünyaca məşhur modelyeri Leyla Əhmədova 4 ildir ki, yaradıcılıqla məşğul ola bilmir. Buna səbəb onun Ağayev Nizami Tofiq oğlu və Lütfəliyev Azər İsaq oğlundan icarəyə götürdüyü obyektin əlindən alınması və külli miqdarda maddi zərərə məruz qoyulmasıdır. Modelyer bu barədə ölkə başçısı İlham Əliyevə açıq məktub ünvanlayıb.
Rakus.az sözügedən məktubu sizə təqdim edir:
“Cənab Prezident, siz özünüz çıxışlarınızda dəfələrlə demisiniz ki, vətəndaşları narahat edən bütün məsələlər öz həllini tapacaq. Danılmaz faktdır ki, hər zaman xalqın yanındasınız və onların problemləri ilə yaxından maraqlanırsız. Mən və ailəm hər zaman sizin siyasətinizi dəstəkləyirik. Təsadüfi deyil ki, bu gün ölkəmizdə sabitlik, əmin-amanlıq hökm sürür. Bu, sizin və xanımınız, Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevanın gördüyü işlərin və aparılan uğurlu siyasətin nəticəsidir. Amma təəssüf ki, bəzi məmurlar sizin siyasətinizə, gördüyünüz nəcib işlərə kölgə salmaqla məşğuldurlar.
Cənab prezident, son 4 ildə başıma gətirilən müsibətlərlə bağlı dəfələrlə sizə məktub yazmışam. Hətta ötən il Azərbaycanın sevilən sənətçiləri, xalq artistləri Eldar QuliyevAfaq BəşirqızıAfaq MəlikovaFidan  Xuraman QasımovalarNisə Qasımova, xalq rəssamı Ömər Eldarov, əməkdar artist Ədalət Şükürov və Azərbaycan Dizaynerlər İttifaqının katibi Nazim Yunusov da mənim məsələmlə bağlı sizə müraciət ünvanlamışdılar. Onlara da bir daha öz təşəkkürümü bildirirəm. Amma cənab prezident, göndərdiyim məktublar sizə çatdırılmayıb. Mən çox gözəl bilirəm ki, problemimdən xəbərdar olsaydınız, mənə köməklik göstərilməsi üçün göstəriş verərdiniz.
2014-cü ildə Bakı şəhəri, Cəfər Cabbarlı küçəsi, 29 ünvanında Ağayev Nizami Tofiq oğlu və Lütfəliyev Azər İsaq oğluna məxsus obyektin zirzəmi və 3 mərtəbəsini ilkin razılıq əsasında aylıq 24 min manata icarəyə götürdüm. Lakin təmir işləri bitəndən və obyekt yenicə fəaliyyətə başlayandan sonra Nizami Ağayev işimə maneçilik törətməyə başladı. Obyekt sahibləri ilə aramızdakı razılaşmaya əsasən təmirə xərclənən vəsait sonrakı dövrlərdə hissə-hissə aylıq icarə haqqından çıxılmalı idi. Lakin obyekt hazır olandan sonra binanı əlimdən almaq və hazır biznesə sahib olmaq üçün dələduzluğa baş vurdular. Dəfələrlə obyektin işığını, qazını, suyunu kəsdilər, aramızda mübahisə yaranandan sonra isə bizi məhkəməyə verdilər. Xətai rayon məhkəməsinin hakimi Namidar Misirzadə və dövlət ekspertizası da onunla əlbir oldu. Məhkəmə təqdim etdiyim sənədlərə məhəl qoymadan, mənim guya 270 min manat dəyərində icarə pulunu verməməyim və binadakı əmlakıma həbs qoyulması barədə qərar çıxardı. Sırf təmirə 860 min manat pul qoyulmuşdu və 238 min manat icarə haqqı da Nizami Ağayevin özünə verilmişdi. Lakin N. Ağayev və A. Lütfəliyev məhkəmədə məndən pul almaqlarını, hətta məni tanımaqlarını inkar etdilər.
Ekspertiza isə binada gördüyüm işə dəyər verərkən, 1500 kv. metr sahənin təmirinə xərclədiyim vəsaiti öncə 700 min, daha sonra 420 min, ən sonda isə 260 min məbləğində qiymətləndirdi. Özləri də etiraf edirlər ki, binanın 3 mərtəbəsini mən təmir etmişəm. Onu kvadrata böləndə heç 50 manat eləmir, halbuki, hər kvadrat metrə ən azı 1000 manat vəsait qoyulub. Fotolardan da gördüyünüz kimi binanın içi bahalı materiallarla və xüsusi dizaynda tərtib olunub.
Məhkəməyə təqdim etdiyim sənəddə rəsmi olaraq göstərilib ki, təkcə təmiri aparan ustalara 275 min manat xidmət haqqı ödənilib. Əgər ustalara bu qədər pul ödənilibsə, deməli alınan materiallara ödənilən vəsait bunun 3 qatı olub. Bu da təxminən 1 milyon manat edir. Mən ora İtaliyadan, Türkiyədən, Dubaydan mallar gətirmişdim. Burda açıq-aşkar korrupsiya faktı var idi və ekspertlərin rəydə saxtakarlıq etmələri ilə bağlı prokurorluğa da müraciət etdim. Prokurorluq isə işi Apellyasiya Məhkəməsinə göndərdi.
2016-cı ilin 23 sebtyabrında “Riyad” Mühafizə Şirkətinin rəhbəri Ceyhun Eyvazovla (hazırda həbsdədir – red.) N.Ağayev və A.Lütfəliyev əlbir olaraq, mənə təzyiq göstərmək üçün “Leyla Əhmədova Modalar Evi”nə hücum təşkil ediblər. Həmin gün Nizami Ağayevin öyrətdiyi bir qrup şəxs binaya daxil olaraq, hər yeri dağıdıb və mənə məxsus paltarların, bahalı parçaların bir hissəsini, texnologiya vasitələrini və 30 min manat pulumu oğurlayıblar.
Məsələni öyrənəndən sonra dərhal obyektə getdim, amma N.Ağayevin “Riyad” mühafizə şirkətindən tutduğu mühafizəçilər qapını kəsərək, binaya daxil olmağıma icazə vermədilər. Birtəhər içəri keçəndən sora gözlərimə inanmadım. Əsl vandalizm idi. Hər yeri dağıtmışdılar. Orda N.Ağayev və “Riyad” mühafizə şirkəti tərəfindən 5 gün qanunsuz şəkildə azadlığıma məhdudiyyət qoyuldu və sentyabrın 26-da qapıya dəmir jalüz quraşdırıb, girişi tamamilə bağladılar. Bu məsələ üstündə işçilərimin və atamın onunla mübahisəsi də düşüb. O çətin günlərimdə ən böyük dəstəkçim media və sosial şəbəkələr oldu. Məsələ ictimailəşəndən sonra Yasamal rayon İcra Hakimiyyətinin işçisi Pərviz Zəkarayev məkana gəldi və ondan sonra azad olundum.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda cinayət məcəlləsinin 322-ci maddəsi ilə cinayət işi başlanılıb. Daha sonra Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini Rüstəm UsubovCinayət Məcəlləsinin 177.3.2 maddəsi əsasında ittiham verərək, işi Ağır Cinayətlər Məhkəməsinə göndərib.
Hazırda mən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mirzə Xankişiyevin necə qərar çıxaracağı barədə narahatam. Çünki əvvəlki məhkəmələrdə çox böyük ədalətsizliklərlə üzləşmişəm. Bu məhkəmələrin gedişində də qanun pozuntuları var. Şahidlərimə və mənə təzyiq edilir, şahidlərin sərbəst ifadə verməsinin qarşısı alınır. Əlimdə faktlar var ki, bir neçə şahid Nizami Ağayev tərəfindən təzyiqə məruz qalıb.

Azər Lütfəliyev Leyla Əhmədovadan şikayəti geri götürməsini istəyir və məhkəməyə 50 min verilməsindən danışır…
Məhkəmələrin qəbul etdiyi ədalətsiz qərarlara görə dəfələrlə şikayət etmişəm, lakin yenə də işimə düzgün baxılmayıb. Mən sadəcə haqlarımın bərpa olunmasını istəyirəm. Devalvasiyadan əvvəl faktiki olaraq həmin binaya 1 milyon manat xərc çəkmişəm, amma Apellyasiya Məhkəməsinin hakimi Raqib Qurbanov mənim qaldırdığım 4 vəsatətə baxmadan, gülməli qərar çıxarıb. Belə ki, 1 milyon qoyduğum investisiyadan mənə cəmi 118 min pul qaytarılmasına qərar verib. İndi də Nizami Ağayev guya mənim onun əşyalarını götürməyim və obyektə zərər vurmağım barədə Yasamal Rayon Məhkəməsi qarşısında yenidən iddia qaldırıb. Hakim Toğrul Axundov həmin əsassız iddianı təmin edib və 104 min manat ödəməyim barədə qərar qəbul edib. Mənə vurulan 1 milyon ziyana görə 118 min qaytarılmasına qərar verilmişdi, indi onun 104 min manatını da geri almaq istəyirlər. Baxmayaraq ki, bu iş üzrə artıq Ali Məhkəmənin qərarı var, lakin qarşı tərəf yenidən, eyni predmet üzrə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, iddia qaldıra bilir və gülməlisi də odur ki, mənə məxsus əşyalara görə özümdən kompensasiya almaq istəyir. Təəssüf ki, Apellyasiya məhkəməsinin hakimi Elşən Kazımov da bu qanunsuz qətnaməni qüvvədə saxlayıb. Ümidim ancaq Ali Məhkəməyədir.
Yaradıcılığım boyu çalışmışam ki, Azərbaycan adını moda dünyasının tarixinə yazdırım. Gördüyüm işlərə, həyata keçirdiyim layihələrə görə 15 beynəlxalq diploma layiq görülmüşəm. 10 il ərzində Azərbaycan kolleksiyasını hazırlamışam və moda üzrə dünyanın ən qabaqcıl 10 ölkəsi Azərbaycan Kolleksiyasını incəsənət əsəri kimi tanıyıb və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bu işə patent verib.
Təəssüf ki, Parisdə keçirilən moda həftəsində ölkəmizi bu layihə ilə təmsil edə bilmirəm. Çünki yuxarıda qeyd etdiyim məsələlərə görə artıq 4 ildir yaradıcılıqdan, moda sahəsindən uzaq düşmüşəm. Bu illər ərzində keçirdiyim əsəb və stres sağlamlığımda böyük fəsadlara yol açıb.
Ümidim ancaq sizə qalıb. Xahiş edirəm ki, məni qəbul edib, dinləyəsiniz. Əvvəlcədən dərin təşəkkürlərimi bildirirəm”.
(Qaynarinfo)

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO
Back To Top
×Close search
Axtar