Gündəm 03.07.2019 17:13

Bakı Mərkəzi Parkı yeni qaydalar müəyyənləşdirdi

Bakının Yasamal rayonu, Köhnə Sovetski məhəlləsində, Abdulla Şaiq, Nəriman Nərimanov və Mirzə Ağa Əliyev küçələrində yerləşən Bakı Mərkəzi Parkı çoxlu sayda rəy və təklifləri nəzərə alaraq parka gələn vətəndaşlar üçün yeni qaydaları açıqlayıb.

Rakus.az xəbər verir ki, qaydalar parkın yaxşı vəziyyətdə saxlanılması və ziyarətçilərin təhlükəsizliyin təmin edilməsi məqsədi ilə qəbul edilib. Bakı Mərkəzi Parkının ziyarətçilər üçün qəbul etdiyi qaydalarda deyilir:

– Parkın ərazisində olan bütün itlər ağızlıq taxılmış halda və ipdə saxlanılmalıdır. Bəzi insanlar, xüsusilə uşaqlarla parkı ziyarət edənlər itdən qorxurlar.

– Ot örtüyü üzərində it gəzdirməyə icazə verilməməlidir. Təəssüf ki, bəzi insanlar ev heyvanlarının arxasınca təmizləyə bilmir, ot örtüyünə zərər verir və bu da digər insanlar üçün örtüydən istifadə etməyə problem yaradır.

– Tuma yox deyək! Tumların Azərbaycanda çox dadlı və çox populyar olduğunu başa düşürük, ancaq bəzi insanlar tumun qabıqlarını yerə atmaqla bizim təmizləyicilərimiz üçün xoşagəlməz hal yaradırlar.

– Parkda nəzərdə tutulan skeytbord rampalarından başqa heç bir yerdə velosiped sürməyə icazə verilməyəcək. İnsanlar parkdan keçməlidirlərsə, onda velosipedlərini əllə aparmalı (yanlarında gəzdirməli) olacaqlar.

– Parkda xüsusi müəyyən edilmiş yerlərdən savayı, skeytbord sürməyə icazə verilmir. Parkın ərazisində müəyyən edilmiş yerlərə kimi skeytbord əldə daşınmalıdır.

– Böyüklər üçün nəzərdə tutulan idman sahələri yalnız böyüklər üçündür. Uşaqlarınızın bu fitness mərkəzinə gəlməsinə icazə verməyin. Bu onlar üçün təhlükəlidir və böyüklərin də avadanlıqlardan istifadə etməsinə maneə törədir. Uşaq oyun meydançaları ilə əlaqədər da eyni şəkildə danışmaq olar – yalnız uşaqlar üçün nəzərdə tutulub. Gələn həftə yaş qruplarını göstərən işarələri quraşdıracağıq. Park işçiləri sizin yaşınızı soruşarlarsa, xahiş edirik bundan inciməyin. Bu işçilər tərəfindən istifadəçilər üçün hər şeyin təhlükəsiz və rahat olmasını təmin etmək məqsədilə edilir.

– Xahiş edirik çiçəklərimizi, güllərimizi və digər dekorativ bitkilərimizi dərməyin. Parkın həm sizin üçün, həm də gələcək nəsillər üçün həmişə gözəl görünməsini istəyirik.

Mərkəzi Parkın Məlumatında deyilir ki, parkın gözəl görünməsi üçün bütün şəhərin və qonaqların köməyinə ehtiyacımız var:

“Ümumilikdə hər şey qaydasındadır. Amma biz bir qrup insanın ağacların gövdəsinin qabığını soymağı ilə qarşılaşmışıq. Bu isə böyük ehtimalla həmin ağacların qurumasına səbəb olacaq. Bundan əlavə, başqa ziyanlar da verilir, məsələn oturacaqların müxtəlif elementləri sındırılır. Qəbul edilə bilməyən bir hal gördükdə və ya sizi narahat edən bir hadisəyə şahid olduğunuz halda, Parkda patrul xidməti aparan Park işçilərindən biri ilə danışmağınızı məsləhət görürük”.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 03.02.2026 22:46
Beşbarmaq, Bəbirli, Bəbirli Yeri, Bəzirxana, Bəybalı, Bəybuğan – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.02.2026 14:22
Bəybuğan dağı necə Bağaysar oldu? – ANONS - FOTO - VİDEO
Elm və təhsil / 02.02.2026 10:01
“Basarkeçər həkimləri” kitabının təqdimatı keçirilib – FOTO - FOTO
Gündəm / 02.02.2026 00:02
Azərbaycanda Gənclər Günü qeyd olunur
Hərbi / 31.01.2026 23:40
Türk silah mədəniyyəti və Avropa zirehlərindən fərqi - VİDEO
Siyasi, Sosial / 30.01.2026 23:12
“Atam evdə “İravanda xan qalmadı” mahnısını oxuyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 30.01.2026 14:22
Arınc sevgisi ilə yaşayan Nigar Həsənovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi / 29.01.2026 22:56
“Azərbaycan dilinin hüquqi statusu Ermənistan parlamentində müzakirə oluna bilər” - VİDEO
Siyasi / 29.01.2026 14:22
“Seçkilərdə Paşinyanın Qərbi Azərbaycan kartı” – ANONS - VİDEO
Mədəni, Siyasi / 28.01.2026 23:40
“Spendiarovun musiqisi ermənilərin İrəvan saxtakarlığını ifşa etdi” - VİDEO
Mədəni / 28.01.2026 14:22
“İrəvan etüdləri” – səsli türk portreti – ANONS - VİDEO
Siyasi, Sosial / 27.01.2026 22:55
Beybudabad, Berdateğ, Berdi Xaraba, Berdtəpə, Bekciqazlı – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 27.01.2026 14:22
Tarixi XV əsrə dayanan türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 27.01.2026 11:00
Göygöldə Abbas Göyçəgölün 2 kitabının təqdimatı olub - FOTO
Mətbuat / 25.01.2026 12:07
“Yeni Sabah” 7 yaşını qeyd edir
Hərbi / 24.01.2026 23:45
Azərbaycanda yerli silah ənənələri necə formalaşıb? - VİDEO
Siyasi, Sosial / 23.01.2026 23:26
“Rus generallar bizə dedilər ki, burada yaşaya bilməzsiniz, köçün” - FOTO - VİDEO
Siyasi, Sosial / 23.01.2026 14:22
“Atamı daşnaklar öldürmək istəyirdilər” – Arif Orucovun “Həyat Hekayəsi” – ANONS - FOTO
Siyasi / 22.01.2026 22:56
“Göyçə” adı niyə Ermənistan cəmiyyətində qıcıq yaradır?” - VİDEO
Siyasi / 22.01.2026 14:22
Erməniləri qorxudan Qərbi Azərbaycan anlayışı – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 22.01.2026 10:50
XIII əsrdə Göyçədən yüksələn dua
Elm və təhsil / 21.01.2026 23:03
Ermənilər yeni geosiyasi reallığa uyğunlaşa biləcək, yoxsa Ermənistanı tərk edəcək? - VİDEO
Elm və təhsil / 21.01.2026 14:22
Erməni kartı necə işə salınıb? – ANONS - VİDEO
Mətbuat / 21.01.2026 12:33
“Global Media Group” ötən il media sahəsində yüksək nəticələr qazanıb
Siyasi, Sosial / 20.01.2026 23:32
Başnalı, Başsız, Berd qalacıq, Berdadağ – türk tarixinin izi - FOTO - VİDEO
Sosial / 20.01.2026 14:22
Başnalı necə Bağramyan oldu? – ANONS - FOTO - VİDEO