Sosial 04.07.2019 09:20

Beynəlxalq skaut düşərgəsinin açılışı oldu - FOTO

Azərbaycan Skautlar Assosiasiyasının təşkilatçılığı, Gənclər İdman Nazirliyinin və İsmayıllı Rayon İcra hakimiyyətinin dəstəyi ilə rayonun Topçu kəndində Nəsiminin 650 illiyinə həsr edilən “Wonderland Azərbaycan-2019” beynəlxalq skaut düşərgəsinin açılışı olub.
Rakus.az xəbər verir ki, Assosiasiyadan AZƏRTAC-a bildiriblər ki, Azərbaycanın müxtəlif bölgələrindən, eyni zamanda, Türkiyə, Rusiya və Böyük Britaniyadan 450 nəfərdən çox iştirakçının yer aldığı beynəlxalq tədbirin açılış mərasimində İsmayıllı Rayon İcra Hakimiyyətinin və Gənclər və İdman Nazirliyinin nümayəndələri, iştirakçı ölkələri təmsil edən skautlar və Azərbaycan Skautlar Assosiasiyasının idarə heyətinin üzvləri iştirak ediblər.
Düşərgənin lideri Zamin Məmmədov çıxış edərək skaut düşərgələrinin tarixi haqqında danışıb, onun gündəlik proqramı barədə iştirakçıları və qonaqları məlumatlandırıb.
Sonra rayon icra hakimiyyəti başçısının müavini Rövşən Ağayev İsmayıllının tarixi mədəni-iris haqqında qonaqlara məlumat verib, rayonun belə bir beynəlxalq düşərgəyə ev sahibliyi etdiyinə görə məmnunluğunu bildirib.
Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Xəqani Əzizov düşərgədə yarana biləcək bütün təhlükələrə qarşı onların hazır olduqlarını, eyni zamanda, düşərgə müddətində daim dəstək olacaqlarını deyib.
Açılış mərasimi Azərbaycanın dövlət himninin səsləndirilməsi və Azərbaycan Skautlar Assosiyasının, eyni zamanda, iştirakçı ölkələrinin bayraqlarının təntənəli surətdə qaldırılması ilə yekunlaşıb.
Skautlar günün proqramına uyğun olaraq fəaliyyətlərinə davam ediblər. Düşərgə “Əhli-İrfan”, “İki Cahan”, “Ənəl Həqq”, “Dəryayi-Mühit” adlı kiçik düşərgələrə bölünüb və burada fəaliyyətlər Nəsiminin və onun əsərlərinə aid simvollarla müşayiət olunur.
Qeyd edək ki, iyulun 7-dək davam edəcək düşərgədə iştirakçılar peşəkar təlimçilər tərəfindən keçirilən atçılıq, atıcılıq, yaylı oxatma, tətbiqi incəsənət, intellektual oyunlar, komanda işi, əyləncəli kimya, elmi mühəndislik, riskli hallardan xilasetmə, ilkin tibbi yardım, dalğıclıq, dağa dırmanma üzrə müxtəlif istiqamətli təlimlərə qatılacaqlar.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO
Mətbuat / 18.02.2026 09:00
Etibarlı və dinamik xəbər mənbəyi olan Baku TV 8 yaşında - VİDEO