Elm və təhsil 04.07.2019 11:24

Tələbələrin dostu olan müəllim – Zaur Babayev

Təhsil aldığım Bakı Dövlət Universitetini, tələbəsi olduğum jurnalistika  fakültəsini mənim üçün bu qədər əziz edən amillərdən biri də, sözsüz ki, burada tanıdığım müəllimlər, daha dəqiq desəm, müəllimlərimdir. 

BDU-nun jurnalistika fakültəsinə qəbul olana qədər müəllim-tələbə kollektivinin bir ailə kimi olduqları haqqında çox eşitmişdim. Artıq xeyli vaxtdır ki, deyilənlərin təsdiqini tapmışam. İndi haqqında danışacağım insan – fakültəmizin sayılıb-seçilən müəllimlərindən olan, dosent Zaur Babayev isə bu ailənin ən mehriban və gülərüz üzvlərindən biridir. Onu üçə ilə yaxındır ki, tanıyıram. Hələ birinci kursda təhsil aldığımız vaxt bizə  “Çap texnikası və qəzet istehsalı” fənnini tədris edirdi. Mühazirələrini böyük maraqla dinləyirdik. Çünki monotonluqdan olduqca  uzaqdır. Mütəxəssisi olduğu sahənin incəliklərini məharətlə başa salmaqla yanaşı, tələbələrin nəbzini tutmağı da bacarır. Yeri gəldikcə yumordan istifadə etməsi onu tələbələrinə sevdirən ən əsas xüsusiyyətlərdən biridir. Çünki onun dərsində elm, bilik qazanmaqla yanaşı, həm də yorulmurlar, əksinə, istirahət edirlər. Əlbəttə, illərin təcrübəsi öz sözünü deyir. Axı Zaur Babayev uzun illərdir ki, jurnalistika fakültəsində müəllim kimi çalışır, neçə-neçə tələbələr görüb.

Həqiqətən, əsl tələbə adamıdır. Əminəm ki, onunla səfərdə olanlar fikrimi asanlıqla təsdiqləyə bilərlər. Auditoriyada mühazirəni danışan, suallarına cavab tələb edən müəllim səfərlərdə özünü tələbələrdən fərqləndirmir. Dəfələrlə yolçuluqlarımız olub-Qubaya, Qəbələyə, Ağcabədiyə… Dəqiq deyə bilərəm ki, həmin səfərlərin yaddaqalan olmasında Zaur müəllimin böyük payı var.

Zaur Babayev bizə təkcə  “çap texnikası və qəzet istehsalı” fənnini keçməyib. Eyni zamanda KİV-də menecment və reklamın, fotojurnalistikanın sirlərini öyrədib. Amma həm də hər cür mühazirədən daha qiymətli olanı-humanistliyi, ədaləti öyrədib. Öz davranışı ilə başa salıb ki, insanlarla münasibətdə uğur qazanmaq üçün necə rəftar etmək lazımdır. Yəni  onun yeniliyə meyilli olması təkcə mütəxəssisi olduğu, tədris etdiyi sahələrdə yox, eləcə də, ünsiyyətində özünü göstərir. Bu isə Zaur Babayevin tələbələri tərəfindən sevilməsinin əsas səbəbidir.

Haqqında danışdığım insan həmişə tələbələrinə kömək olmağa, öz bilik və bacarıqlarını onlarla bölüşməyə hazırdır. Bu yaxınlarda otağına gedib bir neçə günlük müəllifi olduğu “Dövri nəşrlərin hazırlanması texnologiyası” dərs vəsaitini mənə verməyini xahiş etdim. Heç səbəbini soruşmadı. Ayağa qalxdı, rəfdən onlarca kitab arasında lazım olan vəsaiti tapdı, mənə uzatdı və dedi:

– Götür, burda sənə lazım olan hər şey var.

Zaur müəllimi, demək olar, hər gün fakültədə görürəm. Səmimi formada görüşürük. Həmin anlarda hiss edirəm ki, fakültəmizdə təhsil alan gənclərin onun kimi müəllimlərə hələ çox ehtiyacı var.

Bu gün müəllimimizin-əsl tələbə adamının ad günüdür. Növbəti yaşına qədəm qoydu. Arzu edirəm ki, hələ uzun illər həmişəki kimi tələbələrinin arasında olsun. Çünki o, biz tələbələr sözün əsl mənasında mayak rolunu oynayır.

 

Kənan Novruzov,
BDU-nun jurnalistika fakültəsinin III kurs tələbəsi

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO