Gündəm 05.07.2019 19:14

Bu gün Diasporla İş üzrə DK-nın yaradılması günüdür - FOTO

İyulun 5-i Diasporla İş üzrə Dövlət Komitəsinin yaranma günüdür.

Rakus.az xəbər verir ki, Komitədən verilən məlumata görə, bu münasibətlə Komitənin rəhbərliyi və əməkdaşları Fəxri xiyabanda Ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.

Komitənin kollektivi və diaspor nümayəndələri Ulu öndərin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyublar.

Daha sonra Diasporla İş üzrə Dövlət Komitəsində millət vəkilləri Məlahət İbrahimqızı, Asim Mollazadə, Ülvi Quliyev, Şahin İsmayılov, Adil Əlievin, ABŞ, Almaniya, İtaliya, Kanada, Rusiya, Ukrayna, Yunanıstan, Fransa, Türkiyə və bəzi başqa ölkələrdəki diaspor təşkilatlarını təmsil edən soydaşlarımızın, eləcə də Diaspor Könüllülərinin iştirakı ilə tədbir təşkil edilib.

Komitə sədri Fuad Muradov çıxış edərək bildirib ki, Diasporla İş üzrə Dövlət Komitəsi müstəqil Azərbaycanın memarı və qurucusu olan ümummilli lider Heydər Əliyevin 5 iyul 2002-ci il tarixli Fərmanı ilə yaradılmış “Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi”nin varisidir. Komitə sədri bildirib ki: “Əsas hədəf dünyada yaşayan azərbasycanlıların birliyinə nail olmaq, soydaşlarımızın birgə fəaliyyətini təmin etmək, Dünya Azərbaycanlıları Şəbəkəsinin formalaşmasına nail olmaq, Azərbaycan həqiqətlərini, milli-mədəni dəyərləri təbliğ etmək, diaspor fəaliyyətindən lobbiçiliyə keçidi təmin etməkdir. Bütün bu işlərə dəstək məqsədilə Prezidentin 06 iyul 2018-ci il tarixli Fərmanı ilə Komitənin tabeliyində “Azərbaycan Diasporuna Dəstək” Fondu yaradılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı, Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə milli-mədəni dəyərlərimizin təbliği, xaricdə yaşayan soydaşlarımız arasında azərbaycançılıq ideologiyasının daha geniş yayılması, Azərbaycan həqiqətlərinin genişmiqyaslı tanıdılması, Azərbaycan dilinin qorunması və təbliği istiqamətində davamlı işlər görülür. Xaricdə Azərbaycan evləri, İnteqrasiya mərkəzləri, Azərbaycan dili məktəbləri yaradılaraq soydaşlarımızın istifadəsinə verilir. Heydər Əliyev Fondunun dəstəyi və Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi, Fransanın Nant şəhərində yaradılan “Qarabağ” Azərbaycan məktəbi qeyd edilənlərin bariz nümunəsidir. Məhz Heydər Əliyev Fondunun dəstəyi və təşəbbüsü ilə “Xocalıya ədalət” kampaniyası bütün dünyaya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətləri bəyan edir. Prezidentin “Mən hər bir azərbaycanlının prezidenti olacağam” ifadəsinə söykənərək xaricdə yaşayan hər bir soydaşımızın yanında olmağa, onun arxasında güclü, qüdrətli Azərbaycan dövlətinin dayandığını ifadə etməyə çalışırıq”.

Tədbirdə millət vəkilləri,diaspor nümayəndələri və digər qonaqlar qısa zamanda görülən işləri müsbət dəyərləndirib və bu çətin işdə Komitənin kollektivinə uğurlar arzulayıblar.

YAP Nəsimi Rayon Təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı qeyd edib ki, Azərbaycan tarixinin hər bir səhifəsində, o cümlədən diaspor siyasəti tarixində Ulu Öndər Heydər Əliyevin imzası var və bu gün də böyük tarixi şəxsiyyətin siyasəti uğurla davam etdirilir.

Millət vəkilləri Ülvu Quliyev, Asim Mollazadə, Adil Əliyev Komitənin fəaliyyəti, Azərbaycan diasporu ilə bağlı qənaətlərini bölüşüb, Ümummilli lider Heydər Əliyevin diaspor siyasətilə bağlı tarixi qərarlarından və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu sahəyə diqqət və qayğısıdan danışıblar.

Sonda Diasporla İş üzrə Dövlət Komitəsinin bir qrup əməkdaşı mükafatlandırılıb

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO