Maraqlı 06.07.2019 09:00

BÜRCLƏR – 6 iyul

Qoç – İntuisiyanızın səsinə qulaq asın. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün aktiv olun. Əvvəllər əldə etdiyiniz təcrübədən yararlana bilərsiniz. Yaradıcılıq üçün əlverişli zamandır.
Günün ikinci yarısında ən ağır problemi, müşkül  məsələni üzbəüz söhbətdə sözmək olar. Kiçik planlaşdırmadan yan qaçmayın. Təmir, yaşam arealının rekonstruksiyası üçün münasib zamandır.
Axşam saatlarında evdən çox uzağa getməyin.

Buğa – Günün ilk yarısında yaranan kiçik çətinliklər və problemlər əhvalınızı poza bilər. Hansısa əşyaları unutmaq, itirmək riski var. Görüşməli olduğunuz insanlar gecikirlər. Sənədlərin qeydiyyatında çətinliklər yaranır. Baş verənlər sizi sinirləndirməsin. Belə hadisələr yaşamınızda önəmli rol oynamayacaq.
Yaxınlarınız sizi sevindirməyə çalışırlar. Onlardan sürpriz istisna deyil. Maraqlı tanışlıq ola bilər. Axşam saatlarında tədbirə və ya məclisə dəvət ala bilərsiniz.

Əkizlər – Dəyişən şərtlərə və fərqli nüanslar kəsb edən situasiyaya alışmağa çalışın. Uyğunlaşmaya zərurət var. Amma saxtakarlıq etməyin, maskalı insan təsiri bağışlamayın. Peşəkar fəaliyyətlə yanaşı, şəxsi münasibətlərdə praqmat davranın.
Hisslərin əsiri olmayın.
Günün ikinci yarısında yaxınlarınızın və ailə üzvlərinin dəstəyi ilə istənilən maneəni keçə bilərsiniz. Hücumları dəf edin.
Biznesdə ehtimallara bel bağlamayın. Səbrli olun.

Xərçəng – Adi günlərdən fərqli olaraq bu gün yaxşı tanımadığınız insanlara inana bilərsiniz. Xəyallara qapılmayın, namərdin şirin dilinə iannmayın. Bütün qüvvə və potensialınızı irreal məsələləri həll etmək cəhdlərinə tükətməyin.
Günün ikinci yarısında hədəfə çatmaq üçün imkanlarınızdan yararlanaraq optimal variantı seçin. Belədə inkişafın yeni səviyyəsinə nail olacaqsınız. Mühüm işlərin görülməsini təxirə salmayın. Yaxınlarınızdan birinin köməyinizə, yardımlarınıza ehtiyacı var. Ona arxa olun, dəstək verin.

Şir – Risk etmək olar. Avantüralara qapılmadan bütün variantları dəyərləndirsəniz, problemin asan, hətta ilk baxışdan primitiv yolunu görə bilərsiniz. Ağır fiziki işdən çəkinməyin. Emosional olmayın.
Günün ikinci yarısı maliyyə və əmlakla bağlı nüansların çözülməsi üçün əlverişlidir. Müzakirələrdə əlavə təminat istəyin. Etibarsız insanlara inanmayın.
Şəxsi münasibətlərdə sirlərin faş olması təmaslara sərinlik gətirə bilər.
Şayiələri həqiqət saymayın.

Qız – Gün narahatlıq, əndişə və həyəcan vəd edir. Amma ümumiyyətlə, hər şey pis deyil. Peşəkar fəaliyyət sahəsində yeni işlərə və layihələrə başlamaq olar. Qeyri-standart fəaliyyət variasiyaları uğura nail olmağınızı şərtləndirəcək. Hansısa məclis və ya toplantıda qarşılaşdığınız insandan indi qəfil işgüzar təklif alacaqsınız. Ailə üzvlərindən birinin problemini həll edin.
Rəğbət bəslədiyiniz insanla günün ikinci yarısında səmimi danışmaq imkanı yaranacaq.
Biznesə başlamaq, indiki rutin, bezdirici, az gəlirli işdən qurtulmaq istəmirsiniz?!

Tərəzi – İdeya və təkliflərin heç də hamısını geniş müzakirəyə çıxarmağa dəyməz. Çalışdığınız kollektivdəki ab-hava xüsusi önəm kəsb edir. Həmkarlarınızla münasibətləri normallaşdırın. Rəhbərliklə kəskin mübahisə etməyin.
Günün ikinci yarısında fərdi arealınıza kənar müdaxilələrə imkan verməyin. Dəyər verdiyiniz insanların maraqlarını nəzərə alın. Təcrübəli insanın məsləhətlərindən yararlansanız, daha sürətli irəliləyişə nail olacaqsınız.
Axşam saatlarında əylənin.

Əqrəb – Günün ilk yarısı ən mürəkkəb problemlərin həllində uğur vəd edir. Dürüst qərarlar qəbul etmək üçün yaşam təcrübənizdən, peşəkar məcazlarınızdan yararlanın. Yeni layihəyə başlamaq üçün əlverişli zamandır.
Çoxdan planlaşdırdığınız müzakirələrə günün ikinci yarısında başlayın. Köhnələn, aktuallığını itirən münasibətləri bərpa etmək şansları var.
Yaxın ətrafınızdakı insanların fikirlərinə laqeyd yanaşmayın.

Oxatan – Ciddi münasibət və diqqət tələb edən işlərə laqeyd yanaşmayın. Təyin edilmiş görüş, planlaşdırılmış işi unutmayın. Kiçik maliyyə itkiləri, uğursuz alış-veriş istisna deyil. İşdə rəhbərlik sizə həlim yanaşdığı üçün xüsusi problemlər yaranmayacaq.
Yaxınlarınızla münaqişə etməyin. Onların tənqidlərinə və birmənalı olmayan iradlarına aqressiv reaksiya verməyin.
Umu-küsü üçün heç bir səbəb yoxdur.

Oğlaq – İnsan psixologiyasının nüanslarını anlamağa çalışın. Gərəkli insanla münasibətləri aktivləşdirin. Peşəkar fəaliyyət və yaradıcılıq müstəvisində sizi yeni üfüqlər gözləyir.
Günün ikinci yarısında biznes və kommersiya işlərində xüsusilə diqqətli davranın. Maraqlandığınız insanla təmasları aktivləşdirin. Onun hisslərindən xəbər tutsanız, lap yaxşı olar.
Laqeyd, təkəbbürlü insan təsiri bağışlamayın.
Axşam saatlarını ailənizə həsr edin.

Dolça – Günün emosional fonu əlverişli deyil. Sakitliyə riayət etmək, çətin vəziyyətlərdə soyuqqanlı qalmaq çətindir. Belə situasiyalar az olmayacaq. Təmkinli davranın. İşdə həmkarlar və rəhbərliklə fikir ayrılıqları münaqişəyə, qarşılıqlı iradlar mübadiləsinə, işə heç bir dəxli olmayan söhbətlərə çevrilməsin. Həmkarlarınızla münasibətlərdə diqqətli və sayıq olun.
Günün ikinci yarısında maliyyə məsələlərində ehtiyatlı olun. Qənaətcil davranın, gərəksiz əşyalara pul xərcləməyin.
Axşam saatlarında normal istirahət edin.

Balıqlar – Yeni layihələrə başlamaq üçün əlverişli zamandır. Tapşırıqları vaxtında yerinə yetirin. Səhhətinizə fikir verin. Qətiyyətli və iradəli davranış indiyədək uğursuzluqla qarşılaşdığınız sahələrdə irəliləyişlərə imkan verəcək.
Günün ikinci yarısında maliyyə və əmlakla bağlı problemlərin həllində təmkinqli davranın.
Axşam saatlarında sevdiyiniz insanla təmaslarda spontanlıq, ekspromt, improvizələrə ehtiyac var. (Milli.Az)

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO