Sosial 28.03.2019 15:22

“Güzəştli mənzil”lərin 22-dən imtina olundu

Yasamal Yaşayış Kompleksindəki “Güzəştli mənzil” sistemi vasitəsilə seçilmiş 174 mənzildən 152-nin alqı-satqısı başa çatıb.

Rakus.az xəbər verir ki, Mənzil İnşaatı Dövlət Agentliyindən verilən məlumata görə, güzəştli şərtlərlə əldə edilmiş 152 mənzildən 37-si 1 otaqlı, 83-ü 2 otaqlı, 32-si isə 3 otaqlıdır. Mənzilə sahib olmuş vətəndaşlardan 34-ü mənzili öz vəsaiti hesabına, 118-i isə güzəştli ipoteka krediti hesabına əldə edib.

Mənzilləri əldə etmiş vətəndaşlardan ilkin olaraq 6%-i “Güzəştli mənzil” sistemində qeydiyyat zamanı mənzili öz vəsaiti hesabına almaq niyyətini bildirsə də, alqı-satqı zamanı bu rəqəm 22%-ə qədər yüksəlib. Mənzilləri öz vəsaiti hesabına əldə edən vətəndaşlar Agentlik tərəfindən tətbiq edilmiş əlavə endirimlərdən yararlanaraq:

1 otaqlı mənzil üçün 28 301 manat (endirimdən əvvəl bu məbləğ 31 445 manat olub);

2 otaqlı mənzil üçün 42 904 manat (endirimdən əvvəl bu məbləğ 47 671 manat olub);

3 otaqlı mənzil üçün 59 432 manat (endirimdən əvvəl bu məbləğ 66 035 manat olub) ödəniş ediblər.

Bununla yanaşı, mənzilə güzəştli ipoteka krediti vasitəsilə sahib olan vətəndaşlara da endirimlər tətbiq olunub. Həmin şəxslərdən 33%-i minimal tələbdən artıq ilkin ödəniş etdiyindən 10% həcmində əlavə endirimlə mənzilə sahib olub. Nəticədə:

1 otaqlı mənzil üçün aylıq ödəniş 92 manatdan;

2 otaqlı mənzil üçün aylıq ödəniş 142 manatdan;

3 otaqlı mənzil üçün aylıq ödəniş 269 manatdan başlayır.

Mənzil əldə etmiş vətəndaşlar arasında ən azı 3 il hərbi xidmətdə olan, həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları, ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxslər və ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxslər üstünlük təşkil edir. Ümumilikdə mənzil alanların 58%-nin yaşı 35-ə qədərdir.

Vətəndaşlar tərəfindən seçilən, lakin sonradan əldə etmədikləri mənzillərin sayı isə 22-dir (7-si 1 otaqlı, 9-u 2 otaqlı, 6-sı 3 otaqlı). Həmin mənzillər növbəti elanda digər mənzillərlə birlikdə yenidən satışa çıxarılacaq.

Mənzillərin əldə edilməməsinin səbəbləri:

Seçdiyi mənzilin otaq sayı və mərtəbəliliyi ilə bağlı qərarını sonradan dəyişdiyinə görə – 5 nəfər;
Ailənin gəliri güzəştli ipoteka krediti əldə etməyə və mənzili öz vəsaiti hesabına almağa kifayət etmədiyinə görə – 10 nəfər;

Güzəştli kateqoriyaya aid statusunu itirdiyindən ipoteka krediti verilmədiyinə görə – 3 nəfər; (“Gənc ailə” (35 yaş) statusunu itirdiyindən – 2 nəfər, iş yerini tərk edən – 1 nəfər)
Yaşı ipoteka kreditinin verilməsi həddini keçdiyinə görə (63 yaş və yuxarı) – 2 nəfər;

Şəxsi səbəblərə görə – 2 nəfər.

Satışın nəticələri barədə statistik məlumatlarla daha ətarflı burdan tanış ola bilərsiniz.

Xatırladaq ki, Yasamal Yaşayış Kompleksində mənzillərin 05.09.2018-ci il və 25.01.2019-cu il tarixlərində həyata keçirilən satışların nəticəsində ümumilikdə 430 nəfər güzəştli mənzilə sahib olub.

“Güzəştli mənzil” sistemində elektron kabinet verilmiş şəxslərin sayı hazırda 10 543 nəfərdir.

Yaxın vaxtlarda Yasamal Yaşayış Kompleksində mənzillərin satışı ilə bağlı növbəti elan veriləcək.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO