İqtisadi 08.07.2019 17:33

Rusiya ilə üç sənəd imzalandı

İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Yekaterinburqa səfəri çərçivəsində Rusiya Federasiyasının Sənaye və Ticarət naziri Denis Manturovla görüşüb.

Rakus.az xəbər verir ki, İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, rusiyalı nazir D. Manturov Azərbaycan və Rusiya prezidentlərinin iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinə böyük önəm verdiklərini, yüksək səviyyəli intensiv qarşılıqlı səfərlərin bunun bariz nümunəsi olduğunu vurğulayıb. O, bir sıra sahələrdə, o cümlədən sənaye, ticarət və investisiya sahələrində əməkdaşlıqda müsbət dinamikanı qeyd edərək, bu istiqamətdə işlərin davam etdirilməsinin, müəssisələr arasında əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsinin əhəmiyyətini diqqətə çatdırıb. D. Manturov 10-cu “Innoprom” sərgisi barədə ətraflı məlumat verib, tərəfdaş ölkə kimi Türkiyənin iştirakını, gələn il isə tərəfdaş ölkənin İtaliya olacağını bildirib. Rusiyalı nazir Azərbaycan tərəfini bu ilin sentyabrında Sankt-Peterburqda keçiriləcək “Neva” gəmiçilik sərgisinə dəvət edib.

Azərbaycanla Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının həmsədri, İqtisadiyyat naziri Ş. Mustafayev vurğulayıb ki, Azərbaycan və Rusiya dövlət başçılarının siyasi iradəsi və birgə səyləri iki ölkə arasında iqtisadi əməkdaşlığın genişlənməsi üçün möhkəm zəmin yaradır. Azərbaycanda uğurla həyata keçirilən sənayeləşmə siyasəti, ölkənin sənaye potensialı, yaradılmış sənaye parkları və məhəllələri, əməkdaşlığın genişləndirilməsi imkanları barədə məlumat verən Ş. Mustafayev Rusiya ilə əməkdaşlığın inkişafına mühüm əhəmiyyət verildiyini vurğulayıb. Nazir qeyd edib ki, iqtisadiyyatın digər sahələri ilə yanaşı, investisiya qoyuluşu sahəsində də uğurlu əməkdaşlıq həyata keçirilir, birgə layihələr icra olunur. Belə layihələrdən olan Pirallahı Sənaye Parkında “R-Farm” əczaçılıq müəssisənin bu ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur. 10-cu “Innoprom” sərgisinə dəvətə görə minnətdarlıq edən nazir Ş. Mustafayev sərginin əməkdaşlığın genişləndirilməsi imkanlarının müzakirəsi üçün əlverişli platforma olduğunu bildirib.

Görüşdə sənaye, o cümlədən neft-qaz maşınqayırması, gəmiqayırma, xüsusi avadanlıqlar, kənd təsərrüfatı texnikası istehsalı, eləcə də nəqliyyat, aqrar, əczaçılıq və digər sahələrdə əməkdaşlığın inkişafı, birgə müəssisələrin təşkili, Azərbaycan məhsullarının Rusiyaya ixracının artırılması, Rusiya Federasiyasının regionları ilə əlaqələrin genişləndirilməsi və s. məsələlər müzakirə olunub.

Görüş çərçivəsində Gəncə Avtomobil Zavodu və “KamAZ” ASC arasında ehtiyat hissələrinin tədarükünə dair müqavilə, “ATEF” şirkətlər qrupu və “Sinara Qrup” SC arasında Anlaşma Memorandumu, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) və “Qazprombank” SC arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb.

Yekaterinburqa səfəri zamanı Azərbaycan nümayəndə heyəti 10-cu “Innoprom” beynəlxalq sənaye sərgisində iştirak edib. Sərgi çərçivəsində Azərbaycan və Rusiya iş adamları arasında ikitərəfli görüşlər keçirilib, əməkdaşlığın genişləndirilməsinə, yeni əlaqələrin qurulmasına dair müzakirələr aparılıb.

Qeyd edək ki, 2010-cu ildən etibarən hər il keçirilən “Innoprom” sərgisi Rusiyanın əsas sənaye, ticarət və ixrac platformalarındandır. Sərginin ziyarətçilərinin böyük əksəriyyətini istehsalda yeni texnologiyaların tətbiqində maraqlı  olan alıcılar və mütəxəssislər təşkil edir. Hər il sərgiyə dünyanın müxtəlif ölkələrindən 45 mindən çox ziyarətçi gəlir.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO