İyulun 8-də müəllimlərin işə qəbulu üzrə müsabiqədə tarix fənni üzrə yüksək nəticə göstərilib
Rakus.az xəbər verir ki, Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, namizədlərdən Nərmin Ənvərli imtahandan uğurla keçərək 58 bal toplayıb.
Nərmin Ənvərli 2013-2017-ci illərdə Gəncə Dövlət Universitetinin tarix müəllimlyi ixtisası üzrə bakalavr, 2017-2019-cu illərdə isə həmin universitetin “Azərbaycanın qədim və orta əsrlər tarixi” ixtisası üzrə magistratura səviyyəsini fərqlənmə diplomu ilə bitirib.
Xatırladaq ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsinə start verilib. İmtahanın ilk günü alman dili və tarix müəllimi olmaq istəyən namizədlər iştirak edir.
İmtahanlar iyulun 24-dək davam edəcək.