İran-Britaniya gərginliyi – supertanker əməliyyatı –TƏHLİL - FOTO
İran prezidenti çərşənbə günü deyib ki, Britaniya ötən həftə İranın supertankerinin ələ keçirməsinin “nəticələri” ilə üzləşəcək.
Rakus.az xəbər verir ki, Cəbəllütariq rəsmiləri həmin supertankerin Avropanın Suriyaya neft ixracına tətbiq etdiyi sanksiyaları pozduğundan şübhələnib.
Rəsmi IRNA xəbər agentliyi Həsən Ruhaninin kabinet iclası zamanı supertankerin ələ keçirilməsini “bədniyyətli və yanlış” addım adlandırdığını bildirib. “Siz etibarsızlığın təşəbbüskarısınız və bunun fəsadları ilə üzləşəcəksiniz,” deyə o, Britaniya hökümətinə xəbərdarlıq edib və beynəlxalq yükdaşıma yollarının “tam təhlükəsizliyinə” çağırıb.
Tanker ABŞ-la İran arasında Trampın 2015-ci ildə imzalanan nüvə razılığından geri çəkilməsindən sonra gərginliyin artdığı bir vaxt ələ keçirilib. İran son həftələrdə avropalı tərəfləri razılığı qoruyub saxlamalarına təzyiq göstərmək üçün uranın zənginləşdirilməsinə tətbiq olunan limiti açıq pozmağa başlayıb.
Bu arada isə xarici işlər naziri Məhəmməd Cavad Zərif supertankerin İrana aid olduğunu inkar edib və gəmiyə sahib olan ölkənin məsələni hüquqi yollarla həll edə biləcəyini deyib. İran daha öncə gəminin “qeyri-qanuni ələ keçirilməsini” müzakirə etmək üçün Britaniya səfirini xarici işlər nazirliyinə dəvət edib.
ABŞ-la İran arasında ən sön gərginlik Tramp nüvə razılığından geri çəkiləndən və İrana qarşı ağır sanksiyaları bərpa edəndən sonra artıb. Bu sanksiyalara İranın neft sənayesinə tətbiq olunan sanksiyalarda daxildir ki, onlar ölkədəki iqtisadi böhranı dərinləşdirib və valyutanın dəyərini azaldıb.
İranın Obama administrasiyasınının vasitəçiliyi ilə dünya qüdrətləri ilə əldə etdiyi nüvə razılığı altında Tehran sanksiyaların qaldırılması müqabilində nüvə fəaliyyətini məhdudlaşdırmağa razılaşmışdı. İran razılığa əməl etməyə davam etməyə razı olduğunu söyləyib, lakin Tramp sazişi rədd edir və sazişin Tehranı çox sayda güzəştlərlə təmin etdiyini və razılıqda İranın regional münaqişələrə müdaxiləsinə dair müddəların olmadığını söyləyir.
Birləşmiş Ştatlar may ayında İranın hədələrinə cavab olaraq İran Körfəzi regionuna təyyarə daşıyıcısı, bombardmançılar və döyüş təyyarələri göndərib. ABŞ İran Körfəzində neft tankerilərinin bombalanmasına və Amerika dronunun beynəlxalq hava hövzəsində vurulmasına görə İranı günahlandırıb. İran tankerə hücumda əli olduğunu inkar edir və dronun İranın hava hövzəsinə daxil olduğunu bildirir.
İran Suriyadakı vətəndaş müharibəsi zamanı mülki vətəndaşlara qarşı hücumlara görə Qərbin sanksiyalarına məruz qalan prezident Bəşər Əsəd hökümətinin əsas müttəfiqidir.