Gündəm 11.07.2019 18:24

Bakıda “Ərəbşünaslıq mərkəzi” açıldı - FOTO

Bakı Avrasiya Universitetində (BAU) “Ərəbşünaslıq mərkəzi” açılıb.

Rakus.az xəbər verir ki, tədbir BAU ilə Kral Abdullah bin Əbdüləziz adına Ərəb dilinə xidmət üzrə Beynəlxalq Mərkəzin əməkdaşlığı çərçivəsində baş tutub.

Universitetin tədris işləri üzrə prorektoru Nigar Hüseynova bildirib ki, mərkəzin təsis edilməsi ilə bağlı müqavilə 2019-cu ilin fevralında imzalanıb. Mərkəzdə təşkil ediləcək kursda dərs almaq üçün 80 tələbə yeri müəyyən edilsə də, müraciətlərin sayı 200-ü ötüb.

Ərəb dilinə xidmət üzrə Beynəlxalq Mərkəzin baş katibi doktor Abdullah əl-Vəşmi bildirib ki, ərəb dili mədəniyyətlər arasında dialoqun qurulmasında mühüm rola malikdir. BAU ilə əməkdaşlıq çərçivəsində mərkəzdə kursların təşkili, tədris materiallarının çapı və tərcüməsi sahəsində işlər görüləcək. Həmçinin mərkəzin nəzdindəki kurslarda yaxşı fərqlənən bir neçə tələbə Ciddədə yerləşən Kral Əbdüləziz Universitetində 7-10 günlük kursa dəvət olunacaq.

Daha sonra Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Həməd bin Abdullah bin Xudeyr çıxış edib. Səfir mərkəzin ərəb dilinin tədris və tədqiqatı sahəsində uğurlu fəaliyyət göstərəcəyinə inandığını ifadə edib.

Diplomat bildirib ki, mərkəzin fəaliyyəti yalnız Azərbaycanı deyil, Mərkəzi Asiya ölkələrini də əhatə edəcək.

Açılışdan sonra “Azərbaycan və Mərkəzi Asiyada ərəb dili” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.

Tədbirdə, həmçinin Küveyt dövlətinin səfiri Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi, Birləşmiş Ərəb Əmirliklərinin səfiri Məhəmməd Hamil əl-Qubeysi, Azərbaycan və Orta Asiya universitetlərinin tanınmış ərəbşünasları, alimlər, tələbələr iştirak ediblər.

Konfransda AZƏRTAC-ın ərəb dilində informasiya bölməsinin müdiri Şıxəli Əliyevin “Ərəb dilinin tədrisində KİV-in rolu. AZƏRTAC-ın nümunəsində” mövzusunda məruzəsi maraqla dinlənilib. Məruzədə bölmənin yarandığı vaxtdan bəri gördüyü işlərdən bəhs edilib, ərəbdilli oxucuları ölkəmiz barədə məlumatlandırmaqla yanaşı, gənc azərbaycanlı ərəbşünasların dil biliklərinin inkişafına, onların yeni terminlərlə tanış edilməsinə töhfə verdiyi qeyd edilib.

İki gün davam edəcək konfransda ölkəmizdə və Orta Asiya respublikalarında ərəb dilinin tədrisi məsələləri barədə müzakirələr dinləniləcək.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO