Gündə 4-6 fincan qəhvə içmək idealdır – MƏSLƏHƏT
“Çoxumuz günə onunla başlayırıq. Bir fincan qəhvə içməmiş ayılmır, özümüzə gələ bilmirik. Bunun isə elmi bir səbəbi var: Kafein enerji verir və ürəyə xeyirdir”.
Etdikləri araşdırmanın nəticəsi olaraq qəhvənin ürək damarlarına uyğun olduğunu, hətta çox fayda verəcəyini deyirlər. Çəki problemi yaşayanlar və diabet ilə mübarizə aparanlara da qəhvə içməkləri tövsiyə olunur.
Bəs gün ərzində nə qədər qəhvə içmək olar? Mütəxəssislər deyirlər ki, gündə 4-6 fincan qəhvə içmək idealdır. Əgər 4 dəfədən az qəhvə içirsinizsə, bunu artırmalısınız.
Səhər oyananda, ofisdə, iclasda və axşam yeməyindən sonra tapdığınız hər fürsətdə qəhvə fincanlarını qucaqlaya bilərsiniz.
Qəhvəylə aranız yaxşı deyilsə, o zaman çarəniz yaşıl çaydır. Mütəxəssislər bildirirlər ki, yaşıl çay da içərisindəki kafeinə görə “qəhvə missiyası”nı həyata keçirə bilər.