Sosial 12.07.2019 09:59

Güzəştli mənzillərin növbəti satışı başlayır

Bu gün Bakıda güzəştli mənzillərin satışı başlayır.

Rakus.az xəbər verir ki, Söhbət Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu-8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksində satışa çıxarılacaq mənzillərdən gedir.

Qurumun mətbuat katibi Diana Dadaşova deyir ki, 12 iyul 2019-cu ildə 6-9 saylı binalar üzrə 10 mənzil, həmçinin 10, 11, 12 və 13 saylı binalarda yerləşən 243 mənzil, ümumilikdə isə 253 mənzilin yalnız vətəndaşın vəsaiti hesabına satışı həyata keçiriləcək. Onun sözlərinə görə, ilk satışdan fərqli olaraq, budəfəki satış zamanı alıcılar hər hansı texniki problemlərlə qarşılaşmayacaq. Bu kimi halların qarşısının alınması üçün agentlik tərəfindən bütün tədbirlər görülüb: “Güzəştli mənzil sistemində elektron kabinetə sahib olmuş bütün vətəndaşlar şəxsi elektron kabinetlərinə daxil olmaqla tam şəffaf bir şəraitdə, təhlükəsiz iş rejimində, bərabər şəraitdə mənzillərə sahib ola bilərlər”.

Qurum rəsmisi onu da bildirib ki, mənzillərin seçimi prosesində ilk dəfə olaraq vətəndaşlar gözləmə qaydasında mənzil seçimi həyata keçirə biləcəklər. Belə ki, əgər hər hansı bir mənzil vətəndaş tərəfindən seçiləcəksə, həmin mənzilə daha iki şəxs gözləmə qaydasında növbəyə dura bilər. Əgər seçilmiş mənzil ilk seçən alıcı tərəfindən hər hansı səbəbdən əldə edilə bilməzsə, o zaman növbəyə duran iki şəxsdən birincisi mənzilə sahib ola bilər.

Qaydalara edilən digər bir dəyişiklik isə ilkin razılıq qərarının əldə edilməsidir: “Bu günə kimi vətəndaşlar mənzillərə sahib olduqdan sonra ipoteka ilə bağlı agent banklara müraciət edirdilərsə, bundan sonra alıcılar əvvəlcə agent banklara yaxınlaşıb onlarla razılıq qərarını əldə etməlidirlər və bu qərarı öz şəxsi kabinetlərində yerləşdirməlidirlər”.

Xatırladaq ki, Yasamal Yaşayış Kompleksində qalan 827 mənzilin seçimi isə ilin sonuna kimi həyata keçiriləcək. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi, su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.

Bununla yanaşı, hazırda ərazidə daha bir yaşayış kompleksinin tikintisi həyata keçirilir. Yaşayış kompleksi ümumilikdə 40 binadan ibarətdir və kompleksdə inşa edilən mənzillərdən 1458 mənzil agentliyin ixtiyarına veriləcək. Gələcəkdə bu mənzillər də güzəştlə mənzil əldə etmək hüququna malik şəxslərə təklif ediləcək.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO