Gündəm 13.07.2019 15:53

Heydər məscidi ziyarət olundu - FOTO

“İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun iştırakçıları Heydər məscidini ziyarət ediblər.

Rakus.az xəbər verir ki, İlahiyyat İnstitutundan  verilən məlumata görə, qonaqlara məlumat verilib ki, 2014-cü ilin dekabrında açılışı keçirilən dini ibadət müəssisəsi Qafqazın ən böyük məscididir.

Milli-mənəvi irsə böyük diqqət və qayğı ilə yanaşan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə inşa olunan bu yeni məscid 12 min kvadratmetr sahəni əhatə edir.

Məscidin fasadı Şirvan-Abşeron memarlıq üslubunda xüsusi daşlarla üzlənib, ornamentlərin zənginliyi fasadda arxitektura harmoniyası yaradıb, həmçinin 95 metr hündürlüyündə 4 minarə inşa olunub. Məscidin daxili xüsusi bəzək elementləri ilə dizayn edilib, günbəzin kənarlarına Quran ayələri yazılıb. Əlli beş metr ucalığında olan baş günbəz, o cümlədən hündürlüyü 35 metrə çatan ikinci günbəz məscidə xüsusi gözəllik verir.

Ziyarət zamanı vurğulanıb ki, Prezident İlham Əliyev məscidin tikintisini daim diqqət mərkəzində saxlayıb, burada həyata keçirilən inşaat işlərinin gedişi ilə yaxından maraqlanıb, mütəmadi gələrək görülən işlərlə bağlı müvafiq tapşırıqlarını verib, məscidin açılışında ailəsi ilə bərabər iştirak edib. Açılış mərasimində Şimali Qafqazın müftiləri fəxri qonaq qismində iştirak ediblər.

Qonaqlara, eyni zamanda, məsciddə qılınan Vəhdət namazları barədə məlumat verilib. Heydər məscidində Vəhdət namazının ənənə halı aldığı, dini dözümsüzlüyün, irqi ayrı-seçkiliyin və islamofobiyanın geniş yayıldığı müasir dövrümüzdə bunun dünyaya həmrəylik və sülh mesajı olduğu nəzərə çatdırılıb.

Xatırladaq ki, “İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu 11-12 İyul 2019-cu il tarixdə ölkəmizin paytaxtında keçirilib. Simpoziumda 12-dən çox xarici ölkə universitetində Qafqazda islam sivilizasiyası mövzusu üzrə çalışan alim, tədqiqatçı və ekspertlərin 100-dən çox məruzəsi dinlənilib.

Simpoziumun materialları kitab şəkilində çap olunacaq.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO