Sosial 15.07.2019 11:52

“MilliÖn” yeni pulları niyə “tanımır” – AÇIQLAMA

Müxtəlif məsələlərlə hər zaman müzakirə obyektinə çevrilən “MilliÖn” terminallarında yenidən problem yaranıb.

Rakus.az xəbər verir ki, bu sistem yeni 10 manatlıq əsginasları qəbul etmir.

Mövcud vəziyyətdən şikayətçi olan insanlar sosial şəbəkələrdə bu barədə paylaşımlar edib.

Bəs görəsən, əslində, bütün bu problemlərə səbəb nədir? Nə üçün sistemdə əməliyyatlar gec yerinə yetirilir? Terminallar yeni əsginasları nə üçün qəbul etmir?

Vətəndaşların sosial şəbəkələrdə paylaşdığı narazılıqlara “MilliÖn” xidmətinin Müştəri Xidmətləri və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Ülviyyə Əfəndiyeva aydınlıq gətirib.

O bildirib ki, yeni əskinasların qəbulu ilə bağlı mövcud problem yaxın zamanda aradan qaldırılacaq:

“Hazırda bəzi “MilliÖn” terminallarında bu problem aradan qaldırılıb. Problemin səbəbi dövriyyəyə buraxılan yeni 10 manatlıq əsginaslarla bağlıdır. Yeni pullar hələlik sistem tərəfindən tanınmır. Biz bunu kütləvi olaraq tətbiq edə bilmədiyimiz üçün sınaq kimi yoxlanıldıqdan sonra mərhələli şəkildə bütün terminalların sisteminə tətbiq ediləcək.

Hazırda bəzi terminallarda, xüsusilə Nəriman Nərimanov prospekti yaxınlığında, Altıncı paralel küçəsi boyu, “MilliÖn”ün xidmət mərkəzində çöldə və içəridə yerləşdirilən terminallarda yeni əsginasların yüklənməsi mümkündür.

Əgər sınaqlar uğurla tamamlanarsa, qısa müddət sonra respublika ərazisindəki digər terminallarda da tətbiq ediləcək. Sonradan heç bir əlavə problemin yaşanmaması üçün işimizə məsuliyyətlə yanaşırıq”.

 

Ü.Əfəndiyeva terminallarda müşahidə olunan əməliyyatların gecikməsi ilə bağlı məsələyə də münasibət bildirib. O deyib ki, bütün əməliyyatlarda gecikmələrin yaşanması mümkünsüzdür:

“Düşünürəm ki, vətəndaşlar karta bağlı edilən ödənişlərdə bu cür gecikmələrlə rastlaşıb. Bunun da səbəbi gecikmə yox, sistemin kartı oxuması, onu analiz etməsidir. Terminalın kart oxuyucusu kartı tanıyana (“Smartcard”, nəqliyyat kartı) qədər bəzən vətəndaşlar kartı yerindən oynadır.

Bu, düzgün deyil. Çünki belə olanda sistem tanımanı yenidən başladır, bu isə dediyiniz gecikməyə səbəb ola bilər”. (Oxu.az)

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO