Gündəm 16.07.2019 14:54

BMT: Azərbaycanın atdığı addımlar təqdirəlayiqdir - FOTO

 

ABŞ-ın Nyu-York şəhərində səfərdə olan Azərbaycan Respublikasının Baş Nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov BMT Baş katibinin birinci müavini xanım Amina Mohammedlə görüşüb.

Rakus.az xəbər verir ki, görüşdə Baş Nazirin müavini qlobal problemlərin həllində iştiraka töhfə verməyə yüksək səy göstərən, habelə beynəlxalq tərəfdaşlığa əhəmiyyət verən ölkə olaraq Azərbaycanın qarşıdakı illərdə də bu cür əməkdaşlıq əlaqələrinin yaradılmasını və möhkəmləndirilməsini əsas prioritet kimi müəyyənləşdirdiyini bildirib. 1992-ci ildə BMT-yə üzv olduqdan sonra təşkilatın müxtəlif qurumları ilə səmərəli əməkdaşlığın davam etdiyini, bu əməkdaşlıq çərçivəsində bir sıra mühüm sənədlərin imzalandığını diqqətə çatdıran Baş Nazirin müavini ölkəmizin 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəliyə qoşulması ilə BMT ilə əməkdaşlıqda yeni səhifə açıldığını vurğulayıb. O, Azərbaycan Respublikasının Minilliyin İnkişaf Məqsədlərinə nail olunmasında qazandığı təcrübəyə istinad edərək Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunmasında da ön sıralarda olmağı planlaşdırdığını diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycanda Gündəliyə bir qlobal inkişaf proqramı kimi geniş maraq var və bütün tərəfdaşlar DİM-lərin ölkə üçün uyğunluğunu qəbul edirlər. Bütün dövlət qurumları DİM-lərin öz fəaliyyət istiqamətlərinə inteqrasiya olunmasına dəstək göstərməyə hazırdır. Bu baxımdan hökumət milli prioritetlərə uyğunlaşdırılmış DİM-lərə nail olunması üzrə əlaqələndirici qismində çıxış etməklə, bütün maraqlı tərəfdaşların Gündəliyin səmərəli icrasına yönəldilmiş təşəbbüslərinə əhatəli dəstəyi təmin edəcək. Eyni zamanda, yeni Azərbaycan 2030 strategiyasının hazırlanması və DİM-lərin bu strategiyaya inteqrasiyası nəzərdə tutulub.

Görüşdə Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğu və 1 milyondan çox soydaşımızın yurd-yuvalarından qaçqın və məcburi köçkün düşdüyü, bütün bunların ölkədə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında çətinliklər yaratdığı diqqətə çatdırılıb. BMT-nin Təhlükəsizlik Şurasının münaqişəyə dair qəbul etdiyi qətnamələrin indiyədək yerinə yetirilmədiyi vurğulanıb.

Xanım Amina Mohammed Azərbaycanda DİM-lərdən irəli gələn öhdəliklərlə bağlı vəzifələrin kompleks əlaqələndirilməsi və icrası üçün yüksək səviyyəli Milli Əlaqələndirmə qurumunun yaradılmasını, qısa müddət ərzində DİM-lərə inteqrasiya istiqamətində görülən işləri, habelə regionda və MDB məkanında ilk ölkə olaraq Azərbaycan tərəfindən ikinci dəfə BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunda ikinci Könüllü Milli Hesabatın təqdim olunmasını yüksək qiymətləndirib. O, DİM-lərin ümumilikdə icrası istiqamətində ölkə tərəfindən atılan addımların təqdirəlayiq olduğu söyləyib. Dayanıqlı inkişafa nail olunmasında sülh və sülhpərvər institutların yaradılmasının əhəmiyyətini vurğulayan Baş katibin müavini Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll edilməsi üçün BMT-nin hər zaman Azərbaycana dəstək verməyə hazır olduğunu bildirib.

Baş Nazirin müavini Əli Əhmədov 2020-ci ildə keçirilməsi planlaşdırılan Dayanıqlı İnkişafa dair 2-ci Bakı Forumunda iştirak etmək üçün Baş katibin müavinini Bakıya səfərə dəvət edib. Dəvət xanım Amina Mohammed tərəfindən müsbət qarşılanaraq təsdiq edilib. (AZƏRTAC)

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO