Təhlil 18.07.2019 14:14

Üzgüçülərin buna mənəvi haqqı çatır – Tələbə yazır

 

Bir dəfə demişdim ki, cüdo insanda xarakter yaradan nadir idman növlərindəndir. Ancaq üzgüçük də bu qəbildəndir. Dənizdə və ya hovuzda üzməyindən asılı olmayaraq təkcə bədənin bütün əzələləri inkişaf etmir, həm də xarakter formalaşır. 

Əksəriyyət, yəqin ki, fikrimi təsdiqləyər: dənizə yeni girənlər adətən üşüyürlər, nə qədər ki, ayaqları torpağa dəyir soyuğa görə suya tam girməkdən çəkinir, hətta bəzən sudan çıxmaq istəyirlər.Amma elə ki, ayağın sudan üzüldü, təhlükəsizliyin, kamfortun itdi onda özünü irəli atmağa məcbur olursan. Üzərinə şığıyan dalğalarla mübarizə aparır, sanki onları haqlamağa çalışırsan. Soyuğu filan unudursan. Ancaq tarazlığını saxlamaq, əzəmətli dalğalara məğlub olmamaq barədə düşünürsən və hər dəfə daha böyük şövqlə irəli atılırsan. İrəli getdikcə suyun, temperaturu aşağı düşür, rəngi saflaşır. Sən isə davam edirsən. Ta ki, bayaqdan bəri sənə əlçatmaz görünən üfüq xəttinə çatana kimi…
Hovuzda isə bir az başqa cür olur-suyun temperaturuna alışmaq vaxt alsa da çox keçmir ki, öyrəşirsən. Başlayırsan sürətlə üzməyə. Hər dəfə qollarını daha böyük güclə irəliyə doğru atırsan. Sanki hovuzun sonuna çatmağa tələsirsən. Bir göz qırpımında nəfəs alır, əlini irəliyə atır, nəfəsi buraxırsan…Bütün bədənin və ruhunla irəliyə gedirsen. Ancaq irəli. Hər dəfə əlini irəli atdıqdan sonra gözucu səni gözləyən məsafəyə baxırsan və üzünə xəfif təbəssüm qonur.

Qələbəyə doğru daha çox yaxınlaşırsan çünki… Ətrafdakılar kənarda dayanıb ya bir-birləri ilə söhbət edir, ya da sadəcə oynayırlar. Ola bilsin, səni həsədlə izləyənlər də var. Sən isə sanki bütün hovuza meydan oxuyursan. Əllərin və ayaqlarının ritmik hərəkəti ilə özün-özünlə yarışırsan. Hətta hovuzun kənarından su içən pişik, ağacların budaqlarına qonub cikkildəyən quşlar, təsadüfən evlərinin eyvanına çıxanlar belə sənə baxırlar. Bunların heç biri səni çaşdırmır. Səmada özünə taxt quran günəşin üzərinə düşən şüaları üzünü işıqlandırır. Üzündəki qətiyyət, əzmkarlıq, prinsipiallıq…ifadəsi, gərilən əzələlərin daha aydın üzə çıxır. Üzdükcə qollarının ağırlaşdığını, sinənin genişləndiyini hiss edirsən. Lakin davam edirsən; nə yolda qalmaq istəyirsən, nə də geri qayıtmaq. Əllərini sinən bərabərinə qaldırır suya kəllə vurursan. Hər dəfə əvvəlkindən daha möhkəm, daha sürətli. Hər dəfə qollarını irəli atdıqca hovuzun o başına çatmağa çalışırsan…

…Və, nəhayət, növbəti cəhddən sonra əlin hovuzun kənarına dəyir. Möhkəm yapışırsan- Barmaqlarının ucuna qədər. Sonra geri çevrilir, hovuzun kənarına söykənir, hər iki əlini geniş açır, dərindən nəfəs alırsan. Və uzaqdan bayaq onlarla eyni yerdə olduğun insanlara baxırsan. Bu vaxt bayaqkı pişik sənə yaxınlaşır, özündən razı halda onun başını tumarlayır, sonra da kənardan çəkinərək sənə tamaşa edən kiçik yaşlı uşağa göz vurursan. Daxilən başa düşürsən ki, sənin buna mənəvi haqqın çatır…

Kənan Novruzov,
BDU-nun jurnalistika fakültəsinin üçüncü kurs tələbəsi

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO